Alternative content

09:06 26 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İnamın və etimadın ifadəsi
İnamın və etimadın ifadəsi
ANA SƏHİFƏ / SİYASƏT
01:25 14.04.2019


"Opinion Way” şirkətinin sorğusu həm də göstərdi ki, İlham Əliyev yüksək reytinqə malik dövlət başçısıdır


Azərbaycanın sosial-iqtisadi inkişafı, regionun liderinə və dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi hakimiyyətin siyasi kursunun dövlətin və xalqın maraqlarını layiqincə təmin etdiyini göstərir. Bu yüksəliş nümunələri həm də təsdiq edir ki, Azərbaycan öz məqsədlərinə uğurla çatan və bütövlükdə, qarşısına qoyduğu hədəflərə doğru inamla irəliləyən dövlətdir.


Ötən bir il möhtəşəm nailiyyətlərlə əlamətdardır


Ötən 16 ildə qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin gerçəkləşdirilməsi, beynəlxalq enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın xüsusi rolunun artırılması, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların tarazlı və davamlı inkişafı, ən müasir tələblərə cavab verən yeni istehsal sahələrinin yaranması, işsizliyin, yoxsulluğun minimuma endirilməsi, əhalinin həyat keyfiyyətinin yüksəldilməsi kimi məsələlər Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas hədəfləri olub. Dövlət başçısının uzaqgörən siyasəti, genişmiqyaslı islahatçı fəaliyyəti, o cümlədən müstəsna təşkilatçılığı sayəsində bütün bu istiqamətlərdə qazanılmış nailiyyətlər hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hisslərini daha da gücləndirib. Danılmaz faktdır ki, qısa müddət ərzində Azərbaycanın bütün sahələrdə sürətli inkişafı ölkə Prezidenti cənab İlham Əliyevin yeni idarəetmə modeli sayəsində mümkün olub. Dünyanın nüfuzlu ekspertləri və iqtisadçıları da Azərbaycanın dinamik inkişafının səbəblərini məhz Prezident İlham Əliyevin ölkəni elmi tədqiqatlara və strateji təhlillərə əsaslanan proqramlarla idarəetmə modelinin nəticəsi kimi qiymətləndirirlər. Məsələn, 2018-ci ildə ümumi daxili məhsul 1,4 faiz, qeyri-neft sektoru 1,8, sənaye istehsalı 1,5, kənd təsərrüfatı isə 4,6 faiz artıb, 118 min daimi iş yeri açılıb. Bu ilin ilk aylarında isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faizdən çox ÜDM istehsal edilib. Ən əsası qeyri-neft sənayesində 15,5 faiz artım qeydə alınıb.

Ötən bir ildə "Cənub qaz dəhlizi” işə salınıb, üçüncü peykimiz orbitə göndərilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və Türkiyədə "Star” neft emalı zavodunun inşası başa çatdırılıb. Son bir ilin başqa bir möhtəşəm göstəricisi isə sosial sfera ilə bağlıdır. 2019-cu ilin ilk aylarından Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar göstərdi ki, ölkəmizin iqtisadi inkişafından və maliyyə imkanlarının çoxalmasından insanların həyat şəraitinin daha da yaxşılaşdırılması, maddi təminatlarının möhkəmləndirilməsi məqsədilə səmərəli şəkildə istifadə olunur.


İnkişafın və xalq-iqtidar birliyinin təsdiqi


Fransanın "Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusu da ölkədə gedən inkişaf prosesinin təsdiqi oldu. Ən əsası bu sorğu göstərdi ki, Prezident İlham Əliyev ölkə vətəndaşlarının yüksək etimadını qazanıb.

Sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Respondentlərin fikrinə görə, dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb. Ölkədə etnik, dini və ictimai-siyasi zəmində sabitlik hökm sürüb, ictimaiyyətdə narahatlıq doğuran ciddi hallar müşahidə edilməyib. Bütün bunlar ölkədaxili vəziyyəti və Azərbaycan Prezidentinin fəaliyyətini yüksək qiymətləndirməyi təmin edən amillər olub. Elə bunun nəticəsidir ki, sorğunun "Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. "Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 90,5 faizi bütövlükdə müsbət cavab verib.

Sorğunun nəticələri bir daha göstərdi ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin son bir ildəki fəaliyyətini, həyata keçirdiyi islahat kursunu, ölkəmizdəki mövcud ictimai-siyasi vəziyyəti, hökumətin daxili və xarici siyasətini yüksək qiymətləndirir. Rəyi soruşulanların Azərbaycandakı möhkəm və davamlı sabitliyi Prezidentin fəaliyyətinin birbaşa nəticəsi hesab etməsi isə sübut edir ki, ölkəmizdəki sabitliyin dayağı xalq-iqtidar birliyidir.

Azərbaycanda qazanılan iqtisadi və sosial uğurlar isə beynəlxalq ictimaiyyətin diqqətindən qaçmır və bu uğurların müəllifi olan Prezident İlham Əliyev dəfələrlə beynəlxalq sorğuların, nüfuzlu nəşrlərin araşdırmalarının nəticələrinə əsasən mükafatlara, titullara layiq görülüb. O cümlədən Azərbaycanda keçirilən rəy sorğuları da ölkə ictimaiyyətinin Prezident İlham Əliyevin siyasi xəttinə olan etimadını, inamını və dəstəyini dəfələrlə təsdiq edib. Fransanın "Opinion Way” şikətinin Azərbaycan vətəndaşları arasında keçirdiyi sorğunun nəticələri də deyilənləri təsdiq edir.

Bütövlükdə sorğu zamanı əldə edilmiş məlumatların təhlili göstərir ki, Prezident İlham Əliyevin yüksək reytinqə və etimada sahib olması bütövlükdə uğurlu daxili və xarici siyasətin, iqtisadi inkişafın və ölkədəki siyasi-ictimai sabitliyin nəticəsidir. Respublikamızın hazırkı inkişaf dinamizmi və dövlət başçısının əzmkar siyasəti isə qarşıdakı illərdə daha möhtəşəm siyasi, iqtisadi, sosial uğurların əldə olunacağını şərtləndirir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM