Sosial rifahın tək mənbəyi - iqtisadi inkişaf
Son dövr ölkəmizdə iqtisadi və sosial sahələrdə aparılan islahatların nəticələri uğurlu olub, bunun sayəsində bir sıra rekordlara imza atılıb. Ümumi daxili məhsul istehsalının həcmində 3,3, o cümlədən bu göstəricinin qeyri-neft sektoru üzrə 2,8, sənaye üzrə 2,6, kənd təsərrüfatı üzrə 1,7 dəfə olması adi faktlar deyil.
Ölkənin ixrac potensialının 4,7, valyuta ehtiyatlarımızın 24 dəfə yüksəlməsi, ümumilikdə həmin dövrdə Azərbaycan iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulması da real nailiyyətlərdən xəbər verir.
Dünyanın müxtəlif maliyyə qurumları da ölkəmizin bugünkü inkişafını yüksək qiymətləndirir. Asiya İnkişaf Bankının son hesabatına görə, cari ildə Azərbaycan iqtisadiyyatı 2,5, gələn il isə 2,7 faiz artacaq. Bank, həmçinin manatın məzənnəsinin sabitliyi sayəsində inflyasiya dərəcəsinin sabitləşəcəyini proqnozlaşdırır.
Cari ilin ilk 2 ayı da ölkəmiz üçün uğurlu olub. Belə ki, bu dövr ərzində ÜDM-in artımı son illərin ən yüksək göstəricisinə - 3 faizə çatıb. İlin ilk 2 ayında digər ən yüksək göstərici isə qeyri-neft sənayesində qeydə alınıb - 15,5 faiz.
Dünya Bankının son hesabatında qeyd edilir ki, Azərbaycanda münbit sərmayə mühiti mövcuddur və bu, ölkədə sahibkarlığın inkişafına geniş imkan yaradır. Yeri gəlmişkən onu da qeyd edək ki, həmin bankın son hesabatında ölkəmizin bu sahədə reytinqi yüksələrək dünya üzrə 25-ci olub. Heç kəsə sirr deyil ki, indi dünyada baş verən gərgin siyasi və iqtisadi qarşıdurmalar nəticəsində ümumilikdə kapital qoyuluşu xeyli azalıb. Buna baxmayaraq, təkcə ötən il müxtəlif mənbələrdən Azərbaycan iqtisadiyyatına 17,2 milyard manat sərmayə yatırılıb. Sözsüz ki, bu sərmayədə xarici sahibkarların da payı var.
Sahibkarlığın inkişafı üçün iş adamlarına, fermerlərə dövlət tərəfindən 2,2 milyard manat güzəştli kreditlər də verilib. Cari il isə daha 160 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulub. Müsbət haldır ki, sahibkarlar da öz məsuliyyətini hiss edir, götürdükləri kreditləri vaxtında qaytarırlar. Bunun sayəsində sahibkarlara ayrılan kreditlərin çox hissəsi qaytarılan kreditlər hesabına verilir.
Prezident İlham Əliyev cari ili də sosial sahənin inkişafını prioritet istiqamət elan edib. İlin ilk ayında dövlət başçısı tərəfindən imzalanan sərəncamlar bunu təsdiqləyir. Bu sərəncamlar 3 milyon ölkə vətəndaşının sosial rifahının yaxşılaşmasına xidmət edir. Həmin məqsədlə dövlət büdcəsindən 1,5 milyard manat vəsait xərclənəcək.
Azərbaycanda iqtisadiyyatı daha da inkişaf etdirmək üçün çevik mexanizmlər işlənib həyata keçirilir. Bunlardan biri investisiya təşviqi mexanizmidir. Həmin proqram 333 layihəni əhatə edir. Onlardan 107-si ötən il icra olunub. Ümumilikdə isə investisiya təşviqi proqramı çərçivəsində həyata keçirilən layihələrin dəyəri 2,8 milyard manatdır.
Aqrar sektorun inkişafı həm iqtisadi, həm də sosial baxımdan daha önəmlidir. Çünki kənd təsərrüfatının inkişafı ilk növbədə ölkənin ərzaq təhlükəsizliyinin təminatının qarantıdır. Digər tərəfdən, bu sahənin inkişafı regionda yaşayan əhalinin məşğulluğunu təmin edən əsas mənbədir. Odur ki, ölkədə kiçik və orta fermerlərə hər cür dəstək verilir.
Bununla yanaşı, kənd təsərrüfatında müasir dövrün tələblərinə cavab verən, yüksək texnika və texnologiyalardan istifadə edən iri fermer təsərrüfatlarının və aqroparkların yaradılmasına da diqqət göstərilir. İndiyədək ölkədə 51 aqropark və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində müəyyən işlər görülüb. Hazırda 104 min hektar torpaq sahəsini əhatə edən 17 aqropark fəaliyyət göstərir. Ümumilikdə isə 200 min hektara yaxın sahəni əhatə edəcək əlavə 31 aqroparkın yaradılması nəzərdə tutulur. Bunun üçün 2,2 milyard manat vəsatin ayrılması planlaşdırılır. Həmin təsərrüfatlarda ildə 800 milyon - 1 milyard manatlıq məhsulun istehsal edilməsi proqnozlaşdırılır.
Prezident İlham Əliyev aqrar sektorda müasir texnika və texnologiyaların tətbiqinin əhəmiyyətini vurğulayaraq demişdir: "Biz kənd təsərrüfatında islahatları dərinləşdirməliyik. Kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir. Müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır. Biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi iş aparmalıyıq, bu, prioritet məsələdir”.
Rüstəm KAMAL,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
23 İŞİD üzvü saxlanıldı - Türkiyədə
25 Aprel
Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq - QƏRAR
25 Aprel
Ukrayna ərazilərini buna görə itirib - Ağ Evdən AÇIQLAMA
25 Aprel
Hiss edirəm ki, qızıl medalla qayıdacam - Murad Fətiyev
25 Aprel
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
25 Aprel
Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır ...
25 Aprel
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb
25 Aprel
Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasın...
25 Aprel
Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında birgə elm...
25 Aprel
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!