Alternative content

11:13 20 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
10:54 20.04.2019 Kinomuzun qaynanası...
00:38 20.04.2019 3 ayda 3 faiz artım
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AHİK-in nümayəndə heyəti Ümumhəmkarlar İttifaqları Konfederasiyasının tədbirində iştirak edib
AHİK-in nümayəndə heyəti Ümumhəmkarlar İttifaqları Konfederasiyasının tədbirində iştirak edib
ANA SƏHİFƏ / SİYASƏT
01:10 14.04.2019


Moskvadakı Əmək Sarayında Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) prezidenti, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakovun sədrliyi ilə Ümumhəmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından AZƏRTAC-a bildiriblər ki, ÜHİK-in İcraiyyə Komitəsi bu qurumun Şurasının iclasının gündəliyini, iş qaydasını, redaksiya komissiyasının tərkibini, eləcə də hazırlanmış sənədlərin layihələrini nəzərdən keçirib. Müzakirədən sonra onların Şuranın iclasına təqdim edilməsi üçün qərar qəbul olunub.

ÜHİK-in baş katibinin müavini Albert Potapov "ÜHİK-ə üzv təşkilatların fəaliyyət göstərdiyi müstəqil ölkələrdə BƏT-in konvensiyalarının ratifikasiyası və uyğunluğu haqqında” çıxış edib. Çıxışa münasibət bildirən İcraiyyə Komitəsi təsdiq edib ki, ötən il müstəqil dövlətlərin həmkarlar ittifaqları birlikləri ÜHİK-in siyahısına daxil olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) 11 konvensiyasının və digər beynəlxalq əmək normalarının ratifikasiyası üçün əhəmiyyətli iş görüblər.

Həmkarlar ittifaqları hakimiyyət orqanlarına və biznes strukturlarına təsir göstərən bütün kanallardan istifadə edərək ratifikasiya prosesində müsbət dəyişikliklərə nail olublar. İclasda həmçinin məşğulluğun təşviqi və işsizlikdən qorunma haqqında 168 saylı konvensiyanın region ölkələrinin heç birində ratifikasiya olunmadığı narahatlıq hissi ilə qeyd edilib. 2018-ci ilin iyun ayında Beynəlxalq Əmək Konfransının 107-ci sessiyasına təqdim olunmuş BƏT-in Konvensiya və Tövsiyələrin Tətbiqi üzrə Ekspert Komitəsinin son hesabatında region ölkələrində konvensiyaların çox sayda pozuntularının olduğu deyilib. İcraiyyə Komitəsi müstəqil dövlətlərin həmkarlar ittifaqları birliklərini öz ölkələrində BƏT-in ən vacib konvensiyalarının ratifikasiyasına və onların milli əmək qanunvericiliyində vaxtında və tam şəkildə tətbiqinə (implementasiya) nail olmağa çağırıb.

İcraiyyə Komitəsi 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü, Beynəlxalq Əmək Təşkilatının 100 illiyi və 1 may - Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Günü ilə bağlı ÜHİK-in müraciətlərini təsdiq edib.

ÜHİK və "Müstəqil dövlətlərin veteranlarının (təqaüdçülərinin) ictimai təşkilatları birliyi” Beynəlxalq İttifaqının Əlaqələndirmə Şurası Böyük Vətən müharibəsində Qələbənin 74-cü ildönümü ilə əlaqədar 9 may bayramının qeyd olunması barədə həmkarlar ittifaqları və veteran təşkilatlarına müraciət etmək qərarına gəlib.

Aprelin 12-də ÜHİK-in Şurasının iclası keçirilib. 2018-ci ilin dekabrında ÜHİK-ə qoşulan Özbəkistan Həmkarlar İttifaqları Federasiyası tərəfindən namizədliyi irəli sürülən nümayəndələr də daxil olmaqla, yenidən Şura üzvlərinin səlahiyyətləri təsdiq edilib. Şurada həmçinin Qazaxıstan Əmək Konfederasiyası Həmkarlar İttifaqları Birliyinin ÜHİK-ə üzv olmaq barədə ərizəsinə baxılıb və müsbət rəy verilib.

Şuranın iclasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev "Zamanın qlobal çağırışları şəraitində müstəqil dövlətlərin sosial-iqtisadi vəziyyəti” mövzusunda çıxış edib.

S.Möhbalıyev iclas iştirakçılarına məlumat verərək bildirib ki, Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası, balanslaşdırılmış sosial-iqtisadi siyasət iqtisadiyyatın inkişafına, makroiqtisadi stabilliyin və maliyyə dayanıqlığının qorunmasına, Azərbaycan xalqının maraqlarını əks etdirən sosial inkişafa yönəldilib. Neft gəlirlərinin düzgün bölüşdürülməsi, iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi, neft faktorundan asılılığın azaldılması və son 15 ildə qəbul edilmiş, zamanın çağırışlarına cavab verən digər qərarlar ölkənin postneft inkişaf dövrünə sürətli keçidinə imkan yaratmış, şok effektə yol vermədən həyata keçirilmiş səlis iqtisadi islahatlar ardıcıl iqtisadi inkişafa, stabil əmək bazarına və əhalinin sosial müdafiəsi sahəsində vaxtında həyata keçirilən islahatlara yol açır.

2018-ci ildə dərin iqtisadi islahatların aparılması davam etdirilib, yeni sənaye istehsalatları yaradılıb və inkişaf etdirilib, xüsusən də qeyri-neft sahələrində iqtisadi sferanın şəffaflığı təmin edilib.

Azərbaycan tərəfindən ratifikasiya edilmiş BƏT-in 131-ci Konvensiyasının yerinə yetirilməsi istiqamətində həmkarlar ittifaqlarının təkidlə apardığı iş Azərbaycan Respublikası hökuməti tərəfindən dəstəklənib, məsələ sosial və iqtisadi məsələlərə dair Üçtərəfli Komissiyanın iclasında müzakirə edilib, ölkə qanunvericiliyinə dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinə təkliflər göndərilib. 2018-ci ildə Azərbaycanda əməkçilərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına dair geniş islahatlar paketinin həyata keçirilməsi davam etdirilib.

Son illər dövlət tərəfindən əmək müqaviləsi iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, onların qanuni maraqlarının müdafiəsi, əmək müqaviləsi ilə vəzifələrinin yerinə yetirilməsinin hüquqi təminatı sahəsində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir.

S.Möhbalıyev deyib ki, bununla əlaqədar Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi barədə” fərmanı xüsusi qeyd olunmalıdır. Fərmanda muzdlu işçilərin və əmək kollektivlərinin sosial, əmək, iqtisadi maraqlarını müdafiə edən ədalət məhkəmələrində islahatların zəruriliyi vurğulanıb. Əmək mübahisələri ilə məhkəmələrə müraciət edən işçilərin imkanlarını genişləndirmək, prosedurları sadələşdirmək, inzibati xətalar barəsində işlərin baxılma müddətlərini konkretləşdirmək barədə göstərişlər verilib.

Ölkənin dayanıqlı inkişafını həmkarlar ittifaqları "2030-cu ilədək dayanıqlı inkişaf məqsədləri” Dövlət Proqramının əmək sferasının inkişafına, əməkçilərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına, işsizliklə mübarizəyə, gender bərabərliyinə yönəlmiş müddəaların həyata keçirilməsində öz fəal iştirakında görürlər.

S.Möhbalıyev çıxışının yekununda bir sıra məsələlərə diqqət çəkərək bildirib ki, əmək bazarındakı və əmək münasibətləri sferasındakı yeniliklər və çağırışlar bizim hamımızdan fərqli adekvat təşkilati struktur və iş forması axtarışı tələb edir. Ümumhəmkarlar İttifaqları Konfederasiyası elmi-tədqiqat və tədris mərkəzlərinin, üzv təşkilatların iştirakı ilə belə kateqoriyadan olan işçiləri həmkarlar ittifaqı strukturunda birləşdirməyin düzgün qanunvericiliyə uyğun yolunu tapa bilər. Qeyri-tipik iş forması ilə məşğul olan işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsi işini təkmilləşdirməkdə biz maraqlıyıq və bu, gələcəkdə bizim sıralarımızın genişlənməsinə və möhkəmlənməsinə xidmət edər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM