Alternative content

11:14 20 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
10:54 20.04.2019 Kinomuzun qaynanası...
00:38 20.04.2019 3 ayda 3 faiz artım
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağcabədidə Azərbaycanın Milli Qəhrəmanı Sadıq Hüseynovun büstünün açılışı olub
Ağcabədidə Azərbaycanın Milli Qəhrəmanı Sadıq Hüseynovun büstünün açılışı olub
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:09 14.04.2019


Ağcabədi rayonu Xocavənd kənd 1 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı şəhid Sadıq Hüseynovun büstünün açılışı olub.

AZƏRTAC xəbər verir ki, şəhidin ailə üzvlərinin, döyüş yoldaşlarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi mərasimdə əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçıları Milli Qəhrəmanın büstü önünə əklil və tər qərənfillər qoyublar.

Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Rövşən Əhmədov, rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, şəhidin ailə üzvləri və döyüş yoldaşları çıxış edərək onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Hüseynov Sadıq Dayandur oğlu 1969-cu il iyulun 29-da Ağcabədi rayonunun Xocavənd kəndində anadan olub. 1989-cu ildə Şuşa şəhərində polis şöbəsinin sahə müvəkkili kimi işə başlayıb. Ermənilərin torpaqlarımıza qarşı təcavüzü başlayanda polis əməkdaşı olaraq döyüşlərə qatılıb. 1992-ci il martın 29-da döyüşlərdən birində ağır yaralansa da, silahını yerə qoymayıb. 1992-ci il aprelin 13-də erməni silahlı dəstələrinin Şuşanı raket atəşinə tutması zamanı döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 8 oktyabr tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Təhsil aldığı Xocavənd kənd tam orta məktəbi onun adını daşıyır.

Çıxışlarda şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs edilib, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində tədbirin əhəmiyyəti yüksək qiymətləndirilib.

Sonda məktəblilərin ifasında kompozisiya nümayiş olunub. Kompozisiyada Azərbaycan Ordusunun mübarizliyi, mərd oğulların vətənin azadlığını ərazi bütövlüyünü canlarından üstün tutması, ordu ilə xalqın birliyi tərənnüm edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM