14 Aprel 2019 01:07
720
CƏMİYYƏT
A- A+

Aprel döyüşlərinin qəhrəmanı ehtiramla yad edildi


Tarixə düşmüş 2016-cı ilin Aprel döyüşləri bizim zəfər salnaməmizdir. Həmin döyüşlərdə şəhid olanlardan biri Elvin Namazovdur.

Bu günlərdə şəhidin doğulub boya-başa çatdığı Qazax rayonunun Yuxarı Salahlı kəndində yenə də böyük izdiham var idi. Elvin Namazovun xatirəsinə ehtiram göstərmək üçün kənd qəbiristanlığına yüzlərlə insan toplaşmışdı. Anım mərasimində çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ölkə rəhbərinin diqqət və qayğısı sayəsində ordumuzun qazandığı nailiyyətlərdən söz açmış, Aprel döyüşlərini böyük qələbəmizə aparan şanlı yolun başlanğıcı kimi dəyərləndirmişdir. O qeyd etmişdir ki, Aprel döyüşlərində şəhid olan Elvin də həmyerlilərinin qəlbində yaşayır. Elvin təkcə ata-anasının deyil, Azərbaycan xalqının oğludur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi Mehman Rəhimov Elvin Namazovun həyat və döyüş yolundan, xidməti uğurlarından danışmışdır. Demişdir ki, 1990-cı ildə anadan olan Elvin 2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində birillik kurs keçmiş və Müdafiə Nazirliyinin xüsusi təyinatlılardan ibarət "N” saylı hərbi hissəsində komandir vəzifəsinə təyin olunmuşdu. 2016-cı ildə ona baş leytenant rütbəsi verilmiş və təmas xəttinə göndərilmişdi. Tərtər istiqamətində gedən döyüşlərdə düşmənin həmlələrinin qarşısının alınmasında fəallıq göstərmiş, 2016-cı ilin aprel ayında erməni ordusunun hücumunun qarşısını alarkən gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, ölümündən sonra göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli sərəncamına əsasən "Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Anım mərasimində qeyd edilmişdir ki, Elvin Namazovun əziz xatirəsini əbədiləşdirmək üçün rayonda bir çox işlər görülmüşdür. Qazax şəhərinin mərkəzində onun xatirəsinə bulaq kompleksi inşa edilmiş, Azərbaycan Respublikasının Prezidenti yanında və "Öyrədərək öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə "Vətən üçün hazır ol!” layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru” sənədli filmində haqqında geniş bəhs olunmuşdur.

Rayon təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, əməkdar mədəniyyət işçisi Zəminə Xınalı və başqaları çıxış edərək şəhidin ailəsinə belə bir oğul böyütdüklərinə görə minnətdarlıq etmiş, vətən uğrunda şəhid olanların heç vaxt unudulmayacaqlarını bildirmişlər.

Şəhidin atası Məmməd Namazov Elvinin xatirəsinə göstərilən ehtirama görə ölkə rəhbərliyinə, mərasim iştirakçılarına ailəsi adından minnətdarlıq etmişdir. Mərasimdə Yuxarı Salahlı kənd orta məktəbinin şagirdləri şəhidlərə həsr olunmuş şeirlər səsləndirmiş, ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.

S.ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video