Alternative content

11:12 20 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
10:54 20.04.2019 Kinomuzun qaynanası...
00:38 20.04.2019 3 ayda 3 faiz artım
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İllər keçsə də unudulmur
İllər keçsə də unudulmur
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:07 14.04.2019


Taleh Nəbiyev 1958-ci il dekabr ayının 12-də Gəncə şəhərində anadan olmuşdu. Ailədə 8 uşaq idilər. Atası dünyasını erkən dəyişdiyindən ailənin ağırlığı anasının üzərinə düşmüşdü. Xalqımızın gözəl ənənəsi var ki, ailədə olan oğul övladları bir az boy çıxaran kimi bir işin qulpundan yapışır, anasına kömək olmağa, onun yükünü azaltmağa çalışırlar.

Elə buna görə də Taleh oxuyub təhsilini davam etdirməkdən çox sənət öyrənmək fikrinə düşdü. Bu məqsədlə axşam məktəbində təhsilini davam etdirməklə yanaşı, Gəncə Xalça-Mahud Kombinatında işləməyə başladı. Beləliklə, həm təhsilini başa vurdu, həm də ailəsinə yaxından dayaq oldu.

Lakin 1990-cı ilin əvvəllərində hər gün eşitdiyi üzücü xəbərlər ona rahatlıq vermirdi. Bir gün dözə bilməyib ön xətdə xidmət etməyi qarşısına məqsəd qoydu. 1992-ci ilin noyabr ayında Ağdərə uğrunda gedən döyüşlərə qatıldı. Arabir evə baş çəkir, ailəsi ilə maraqlanırdı. Hər gəlişində həyat yoldaşı Gülnaz ona özünü qorumağı tapşırsa da, Taleh ona narahat olmamasını söyləyirdi.

Talehin qardaşı Mehdi Ziyadov da həmin dövrdə ön cəbhədə vuruşurdu. İgidliyinə, cəsarətinə görə ona "Mixaylo” ləqəbi vermişdilər. Xocalı soyqırımından sonra özünə yer tapa bilməyən, qəlbi qisas hissi ilə döyünən Mehdi könüllü olaraq cəbhəyə getmişdi. Füzuli, Laçın, Goranboy rayonu ərazisində gedən döyüşlərdə igidliklə vuruşmuşdu. Son döyüş yeri isə Yuxarı Veysəlli kəndi olmuşdu. Başından aldığı güllə yarası Mehdinin də arzularını yarımçıq qoydu.

Gülnaz xanım ömür-gün yoldaşını 1992-ci ilin noyabr ayında itirdiyini söylədi. Dedi ki, cəmi 11 il ailə xoşbəxtliyi gördü. Lakin Taleh şəhid olandan ailəsi heç vaxt dolanışıq cəhətdən çətinlik çəkməyib. Şəhid ailəsi kimi hər zaman dövlətin diqqət mərkəzində olub. Evlə təmin edilib. Bundan başqa onlara əlavə torpaq sahəsi də verilib. Aylıq müavinət də alır. Bu yaxınlarda isə 11 min manat birdəfəlik yardım alan Gülnaz buna görə dövlət başçısına ailəsi adından minnətdarlığını bildirdi.

Sabir ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM