Alternative content

18:27 20 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ən böyük geoloji kəşfiyyat işləri
Ən böyük geoloji kəşfiyyat işləri
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:04 14.04.2019


Bunlar ölkəmizdə - Xəzərin Azərbaycan sektorundadır


İndiyədək Xəzərin Azərbaycan sektorunda bir çox nəhəng karbohidrogen yataqları kəşf edilib və hazırda müvəffəqiyyətlə istismar olunur. Bununla yanaşı, ümidverən perspektiv strukturlar da çoxdur. Onların dördündə SOCAR-BP tərəfdaşlığı ilə geoloji kəşfiyyat işləri aparılır və bu işlər ayrı-ayrı strukturlarda müxtəlif mərhələlərdədir.

Sözügedən strukturlara aid müqavilələrin ikisi keçən il imzalanıb. Bunlardan biri D230 blokunun birgə kəşfiyyatı və işlənməsi üçün Hasilatın Pay Bölgüsü Sazişidir (HPBS). Saziş 2018-ci il aprelin 26-da Londonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Tereza Meyin iştirakı ilə imzalanıb.

Bu saziş Xəzərdə yeni ehtiyatlar aramağa imkan yaradacaq. Başqa sözlə, saziş Azərbaycanın karbohidrogen hasilatının uzunmüddətli olmasına dəstək verəcək. İmzalama zamanı SOCAR-ın və BP-nin rəhbərliyi hər iki şirkətin malik olduğu müasir neft-qaz texnologiyaları və topladıqları unikal tarixi təcrübə sayəsində bu sazişin də uğur qazanacağına əminlik ifadə etmişlər. Sazişin bərabər və ədalətli əsaslar üzərində qurulduğu, Azərbaycanın təbii ehtiyatlarının ortaq şəkildə maksimum səmərə ilə reallaşdırılması istiqamətində mühüm rol oynayacağı qeyd olunmuşdur.

D230 bloku Xəzər dənizinin Azərbaycan sektorunun Şimali Abşeron hövzəsində yerləşir. Bloku sahildən Bakının şimal-şərq istiqamətində təxminən 135 kilometr məsafə ayırır. D230 təxminən 3200 kvadratkilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi təxminən 3500 metrdir. Seysmik tədqiqatların suyun 100-800 metr dərinliklərində strukturun bütün ərazisini əhatə edəcəyi gözlənilir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bu struktura böyük ümid bəsləndiyini deyib: "İşlərimiz uğurla nəticələnərsə, ehtimallarımıza görə, ikinci "Azəri-Çıraq-Günəşli” kəşf oluna bilər”.

Keçən il əməliyyatçı şirkət bir yeniliyə də imza atdı. Regiondakı təcrübəsində ilk dəfə qurudakı struktur üzrə müqaviləyə qoşuldu. Mövcud "Qobustan” HPBS-də 61 faiz iştirak payı əldə etdi. Bu sövdələşmənin bir hissəsi olaraq şirkət həmin müqavilə sahəsində daha dərin layların potensialını qiymətləndirmək üçün geoloji kəşfiyyat quyusu qazacaq və əməliyyatların operatoru olacaq. Quyunun bu ilin ikinci yarısında qazılması nəzərdə tutulur.

Ərazisində ilk kəşfiyyat quyusunun qazılması planlaşdırılan "Şəfəq-Asiman” da ən böyük bloklardan biridir. Bu blok üzrə HPBS 2010-cu ildə imzalanıb. 2014-cü ildə imzalanmış daha bir HPBS isə Abşeron yarımadasının ətrafındakı dayazsulu ərazini əhatə edir. Hər iki saziş çərçivəsində seysmik tədqiqat proqramları artıq başa çatıb. Hazırda qazma əməliyyatları planlaşdırılır.

Digər layihələrdən - AÇG-dən və "Şahdəniz”dən fərqli olaraq, adıçəkilən dörd strukturda geniş tərəfdaşlar qrupu iştirak etmir. İştirak payları BP və SOCAR arasında bölünür. Bunun üstünlüyü ondadır ki, hər iki şirkət bir-birindən ən yaxşı təcrübəni əxz edir, öyrənir və istər sözügedən, istərsə də digər müqavilələri yerinə yetirərkən topladığı səriştədən geniş istifadə edir.

Qarşıdakı iki ildə strukturların dördündə də kəşfiyyat işləri aparmaq planlaşdırılır, ayrı-ayrı sahələrdə 6 quyu qazmaq nəzərdə tutulur.

Daha önəmli bir fakt: dünyanın 100-dək ölkəsində çalışan BP şirkəti ən böyük kəşfiyyat işlərini Xəzərdə aparır. Q.Counz deyir ki, bu hövzədə həmin istiqamətdə aparılan işlər həcmi və miqyası ilə yalnız Braziliya üçün planlaşdırılmış işlərlə müqayisə oluna bilər. Digər regionlarda, məsələn, Meksika körfəzində, Mavritaniyada, Seneqalda nəzərdə tutulan işlər bununla müqayisə oluna bilməz.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM