Alternative content

11:09 20 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
10:54 20.04.2019 Kinomuzun qaynanası...
00:38 20.04.2019 3 ayda 3 faiz artım
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Professorun müəmmalı ölümü
Professorun müəmmalı ölümü
ANA SƏHİFƏ / SİYASƏT
00:48 14.04.2019


Ölkəmizdə ötən əsrin 30-cu illərinə kimi yazıçı və şairlər əvvəlki dövrlərin ənənəsinə uyğun olaraq ayrı-ayrı ədəbi birliklərdə, dərnəklərdə, cəmiyyətlərdə fəaliyyət göstərirdilər. Lakin 1934-cü ildə Azərbaycan yazıçılarının Bakıda keçirilən I qurultayında bolşevizm ideologiyası onların bir qurum ətrafında birləşmələrinə nail oldu. Həmin qurultayda 29 yaşlı Məmmədkazım Ələkbərli yeni yaradılan Azərbaycan Sovet Yazıçıları İttifaqına sədr seçildi.

Məmmədkazım Ələkbərli 1905-ci il yanvarın 24-də Dərbənd şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Orada orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1923-cü ildə Bakıya gəlib, Azərbaycan Pedaqoji İnstitutunun (indi Tusi adına ADPİ) dil və ədəbiyyat fakültəsinə qəbul olunub. Tələbəlik illərində əla oxumaqla bərabər, institutun ictimai işlərində fəallıq göstərib. Türkiyədən dəvətli olan doktor Xəlil Fikrət, professor İsmayıl Hikmət və Mühiddin Birgenin sevimli tələbələrindən biri kimi tanınıb.

İnstitutu bitirdikdən sonra Məmmədkazım Ələkbərli Gəncə Vilayət Xalq Maarif Şöbəsinə müdir və "Qızıl Gəncə” jurnalına baş redaktor təyin edilir. Lakin məqalələrində proletariat diktaturasını tərənnüm və təbliğ etməyib. Görkəmli ədəbiyyatşünas Əziz Mirəhmədovun təbirincə desək, onun əsas mövzuları milli bədii ədəbiyyat və jurnalistika olub. Daha çox Mirzə Cəlil və M.Ə.Sabir yaradıcılığına müraciət edib.

Əmək fəaliyyətinə başladığı ilk gündən millətinin təhsil almasına, azad və xoşbəxt həyat sürməsinə çalışırdı. Gəncə bölgəsində savadsızlığın ləğvi və yeni məktəblərin açılmasında əlindən gələni əsirgəməyib. Xalqın maariflənməsində mətbuatın təşkilini vacib amillərdən hesab edib, pedaqoji-təşkilati işlərlə yanaşı, bədii yaradıcılığa da meyil göstərib.

İdeoloji işlərin təşkilində təcrübəsi, jurnalistlik qabiliyyəti nəzərə alınaraq iki ildən sonra "Dağıstan firqəsi” qəzetinin nəşrini təşkil etmək üçün Dağıstana göndərilir. Bu işi yoluna qoyub, özü də orada iki il "Maarif yolu” jurnalının baş redaktoru olur. Həmin illərdə gözəl şeirlər yazan Almas İldırım da Dağıstanda sürgündə idi.

Məmmədkazım Ələkbərli ona hamilik edir, məqalə və şeirlərinin "Dağıstan firqəsi”ində çapına yaşıl işıq yandırır. Az sonra redaksiyada işə də götürür. O zaman sovet quruluşuna qarşı çıxan və buna görə sürgünə göndərilən "xalq düşməni”nə qayğı göstərmək Xalq Daxili İşlər Komissarlığı və Dövlət Siyasi İdarəsinin əməkdaşları tərəfindən heç bir halda bağışlanmazdı.

Halbuki Məmmədkazım Ələkbərli Gəncədəki kimi, Dağıstanda da xalqın təəssübünü çəkənlərin təəssübkeşi olub, onların ləyaqətini qoruyub. 22 yaşında "İdealizm və materializm və yaxud yeni fəlsəfə”, 24 yaşında "Yeni əlifba və orfoqrafiya”, 30 yaşında "Azərbaycan ədəbiyyatı” adlı sanballı kitabların müəllifi və dövri mətbuatda müntəzəm çıxış edən yazarlar kimi məşhurlaşır. Onun təşkilatçılıq bacarığını və işə məsuliyyətlə yanaşmasını nəzərə alan Dağıstan KP Vilayət Komitəsinin rəhbərliyi Məmmədkazım Ələkbərliyə böyük etimad göstərərək onu Moskvaya Qırmızı Professorlar İnstitutuna oxumağa göndərir. M.Ələkbərli burada da (1930-1934) nümunəvi olur. Qırmızı Professorlar İnstitutunu bitirdikdən sonra ÜİK(b)P MK-nın tövsiyəsi ilə Azərbaycana partiya işinə göndərilir. Fəaliyyəti dörd il öncə dayandırılan Azərbaycan Dövlət Universitetinə rektor təyin edilir. Yazıçı və şairlərin Bakıda keçirilən I qurultayında (1934, 13-14 iyul) Məmmədkazım Ələkbərli yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri seçilir.

M.Ələkbərli mətbuat səhifələrində dərc etdirdiyi publisist yazıları ilə milli ədəbiyyatşünaslığın və fəlsəfi fikrin inkişafı uğrunda mübariz kimi də tanınırdı. Mərhum ədəbiyyatşünas-alim Nazif Qəhrəmanlı Məmmədkazım Ələkbərli haqqında məqalələrindən birində yazır: "Məmmədkazım Ələkbərli Azərbaycan ədəbiyyatı tarixinin təbliğinin, onun faktlarının üzə çıxarılmasının, əhatəli və mükəmməl şəkildə toplanıb nəşr edilməsinin tərəfdarı idi. O, həmişə istər nəzəri, istərsə də praktik fəaliyyətdə klassik irsə qayğı və diqqətin təmsilçisi kimi çıxış edirdi”.

Gəncə Vilayət Xalq Maarif Şöbəsinin müdiri olanda şəhərdəki Pedaqoji Texnikumu bitirən gənclərlə görüşündə millətin onlardan nələr gözlədiyini anladan, türk uşaqlarının ana dilindəki məktəblərə güclü ehtiyacı olduğunu söyləyən Məmmədkazım Ələkbərli 1930-cu illərdən başlayaraq ehtiyatla hərəkət edir. Məruzə və çıxışlarını sovet ideologiyasının tələblərinə uyğun qurub, tədricən sovet ideoloquna çevrilir. Yaradıcılığını marksizm-leninizm metodologiyasına istiqamətləndirir. Ona görə də hakim ideologiyanın təşkilatçısına və təbliğatçısına çevrilir. Azərbaycan KP MK-nın "Kommunist” nəşriyyatına direktor təyin olunur, "Ədəbiyyat qəzeti”, "Bakinski raboçi”, "Vışka” qəzetlərində, "Zərbəçi”, "Sürət”, "İnqilab və mədəniyyət”, "Firqə işçisi” jurnallarında baş redaktor işləyir.

Məmmədkazım Ələkbərlinin ədəbi irsi zəngindir. Ötən əsrin 20-30-cu illərində dövri mətbuatda publisist yazılar və ədəbi-tənqidi məqalələrlə çıxış edib. "Oktyabr inqilabı və Azərbaycan ədəbiyyatı”, "Şura ədəbiyyatı yüksəliş yollarında”, "Aprel ədəbiyyatı”, "Aydın”dan "Yaşar”a, "Dönüş” və s. məqalələrində Azərbaycan sovet ədəbiyyatının aktual problemlərinə toxunub. Milli dildə fəlsəfə dərsliyinin yaradılmasına, böyük əmək sərf edib. Onun elmi axtarışları bir tərəfdən tarixə, axtarışlara, təfəkkürə söykənirdisə, digər tərəfdən fikirləri sosializm ideologiyasına uyğunlaşdırılırdı. 1935-ci ildə çap edilmiş "Azərbaycan ədəbiyyatı” adlı əsərində ədəbiyyatımızın tarixi, ayrı-ayrı dövrləri, insanların yaradıcılığı ilə bağlı fikirlər toplanıb.

Məmmədkazım Ələkbərli Azərbaycan KP MK-nın katibi Bağırovla dost olub. Bacısı qızı Sara xanım mətbuata açıqlamalarında bildirib ki, "Dayım Moskvada təhsilini başa vurub Bakıya gələndən sonra bizi də Bakıya köçürdü. Mir Cəfər bizə tez-tez gələrdi. O vaxt, ümumiyyətlə, dayımgilə ən çox gəlib-gedən Səməd Vurğun, Cəfər Cabbarlı, Əhməd Cavad, bir də qeyd etdiyim kimi Mir Cəfər Bağırov idi. Dayım müəmmalı şəkildə həbs olunanda Mircəfər ona kömək edə bilərdi, amma etmədi”.

Zəmanə elə idi ki, sovet quruluşu milli düşüncəli, milli ruhlu Azərbaycan ziyalılarını əvvəl sovet ideologiyasının yalançı təbliğatçısına çevirir, sonra isə "xalq düşməni” adı ilə məhv edirdi. O sıradan professor Məmmədkazım Ələkbərli də 1937-ci il avqustun 5-də Xalq Daxili İşlər Komissarlığının təhlükəsizlik mayoru Gerasimovun imzaladığı 978 saylı orderə əsasən həbs edilir, evində axtarış aparılır, özü birbaşa həbsxanaya göndərilir.

33 yaşlı professor bir il iki ay rütubətli zirzəmilərdə əzablı günlər keçirir, təhqirlər, işgəncələrlə üzləşir. Onu 1935-ci ildə Mikayıl İsmayılzadənin (Mikayıl Müşfiq) "Müsavat” gənclər təşkilatına cəlb etməkdə, habelə əksinqilabi burjua millətçi təşkilatın üzvü, sovet hökumətinə qarşı silahlı üsyan haqqında xəbəri olan və sovet hökuməti rəhbərlərinə qarşı terror mövqeyində dayanan şəxs kimi CM-nin 72,73-cü maddələri ilə təqsirli bilirlər. 1938-ci il oktyabrın 12-də SSRİ Ali Hərbi Kollegiyasının Səyyar Sessiyasının qapalı iclasında müdafiəçisiz və şahidlərsiz əmlakı müsadirə olunmaqla ən ağır cəzaya - güllələnməyə məhkum olunur.

Rəhman SALMANLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM