14 Aprel 2019 00:42
765
Mədəniyyət
A- A+

Rus Dram Teatrının səhnəsində “Şeytan əməlləri” tamaşasının premyerası olub


Aprelin 13-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Mədəniyyət Nazirliyinin dəstəyi ilə xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında səhnələşdirilmiş "Şeytan əməlləri” tamaşasının premyerası olub.

AZƏRTAC xəbər verir ki, xalq yazıçısı Elçin jurnalistlərə müsahibəsində öz təəssüratlarını bölüşüb. O deyib: "Uzun illərdir ki, mən Azərbaycan və rus dram teatrlarının kollektivləri ilə sıx əməkdaşlıq edirəm. Bu teatrlar mənim pyeslərim üzrə yüksək səviyyədə tamaşalar hazırlayır. Rus Dram Teatrında əvvəllər mənim pyeslərim əsasında 7-8 tamaşa səhnəyə qoyulub. "Şeytan əməlləri” mənim son əsərlərimdən biridir. Bu, absurd janrında yazılmış ilk pyesin quruluşudur. Bu janr incəsənətdə ayrıca müstəqil istiqamətdir. Tamaşaya quruluşu Finlandiyada yaşayan istedadlı rejissor Kamran Şahmərdan verib. Biz əməkdaşlıq üçün onu müntəzəm olaraq dəvət edirik. O, həmçinin mənim eyniadlı pyesim əsasında səhnələşdirilmiş "Cəhənnəm kirayənişinləri” tamaşasının quruluşçu rejissorudur”.

Rejissor Kamran Şahmərdan jurnalistlərə tamaşa üzərində iş prosesindən danışıb: ""Şeytan əməlləri” əsərində əbədi və bütün zamanlar üçün aktual olan xeyir və şər mövzusu qaldırılır. Absurd janrı Azərbaycan teatrı üçün yenidir. Biz çox çalışıb, çox düşünmüşük. Mən Elçinin yaradıcılığına ilk dəfə deyil ki, müraciət edirəm və əminəm ki, bu tamaşa da uğur qazanacaq”.

Sonra tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan "Şeytan əməlləri” tamaşası nümayiş etdirilib.

Rolları xalq artisti Məbud Məhərrəmov, əməkdar artist Mələk Abbaszadə, əməkdar mədəniyyət işçisi Rüfət Nəzərov, aktyorlar Teymur Rəhimov, Zaur Terequlov, Rumiyyə Ağayeva və başqaları ifa ediblər.

Tamaşanın dekorasiya və geyim rəssamı Valeri Polunovski (Rusiya), musiqi tərtibatçısı Azərbaycanın əməkdar mədəniyyət işçisi Vladimir Neverov, videoinstalyasiyaçı Aqil M.Quliyev, xoreoqraf Kamilla Hüseynovadır.

Qeyd edək ki, xalq yazıçısı Elçinin ümumi tirajı 5 milyon nüsxə olan kitabları 20-dən çox xalqların dilinə tərcümə edilib, dünyanın bir çox ölkələrində nəşr olunub. O, bir sıra roman, pyes və hekayələrin müəllifidir. Elçinin ssenarisi əsasında bir neçə bədii film - "Baladadaşın ilk məhəbbəti” (1974), "Arxadan vurulan zərbə” (1977), "Gözlə məni” (1980), "Gümüşü furqon” (1982), "Bağ mövsümü” (1985), "Milli bomba” (2004), "Hökmdarın taleyi” (2008) və digər ekran əsərləri lentə alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video