14 Aprel 2019 00:39
817
Elm və texnika
A- A+

2 dəqiqə səssiz qalsaq, nə olar


Hamımız səs-küylə dolu həyat yaşayırıq. Bəs tam səssizliyə düşsək necə, nələr hiss edərik? Biz səssizliyi adətən təklik, narahatlıq və hətta hüzn olaraq qiymətləndiririk.

Səssizliyin gücünü araşdıran filosof və macəraçı Erlinq Kaqqe deyir ki, bir müddət səssiz yerə (məsələn, səssiz bağa, yataq otağına və ya hətta tualetə) çəkilməyimiz ətraf dünyadan ayrılıb özümüzlə yenidən əlaqə qurmağımıza yardım edə bilər. Cəhd etsək, hamımız "daxili səssizliyimizə” qovuşa bilərik. Səssizlik yeni fikirlər "istehsal etmək” üçün əla fürsətdir. Filosofun dediklərini elm də təsdiqləyir. Elm göstərir ki, səsin stimullaşdırıcı təsiri olmadan da beynimiz aktiv və dinamik olaraq qala bilir. Vaşinqton Universitetinin nevrologiya mütəxəssislərinin 2001-ci ildə apardığı araşdırmaların nəticələri göstərib ki, "dincəlmə” durumunda olan beyin işləməyə, fasiləsiz olaraq aldığı məlumatları dərk etməyə və dəyərləndirməyə davam edə bilir. Bu vəziyyət diqqətimizin şəxsən özümüzə fokuslanmasına da yardım edir. Səssizlik düşüncələrə dalmaq fürsəti də yaradır.

Leonardo da Vinçi də hesab edirdi ki, insanın nüfuzunu artıran ən güclü "silah” səssizlikdir. Səssizlik mübahisələrdə qalib gəlməyimizə yardım etməklə yanaşı, münasibətlərimizin keyfiyyətinə də müsbət təsir göstərir.

2013-cü ildə bioloq İmke Kriste səsin siçan beyninə təsirini öyrənmək üçün təcrübə aparıb və heyrətedici nəticələr əldə edib. Məlum olub ki, səslər siçanların beynində qalıcı təsir buraxmır, amma gündə 2 saat səssizlik vacib yaddaş hüceyrələrinin yaranmasına səbəb olur. Deyilənə görə, şizofreniya və depressiya kimi xəstəliklərin müalicəsində səssizlikdən istifadə edilə bilər.

Səssizliyin stresi azaltdığı da deyilir. Lazımsız səslər istər xəstə, istərsə də sağlam insana edilən ən böyük zalımlıqdır. Bu, sağalmaqda olan xəstədə stress yarada bilir və yuxusuzluğa səbəb olur.

Aparılan araşdırmalar bu fikri də təsdiqləyib ki, gurultu stress yaradan səbəblərdən biridir və xroniki səslə qan təzyiqi arasında birbaşa əlaqə var.

Səs dalğalarının yaratdığı duyğular və xatirələr badamcıqları hərəkətə gətirir və bu, stress hormonlarının ifrazına gətirib çıxarır. Bu proses hətta yuxu saatlarında da davam edə bilir. Ancaq səssizlik insana tamam başqa cür təsir edir - beynin və vücudun gərginliyini azaldır.

"Heart” ("Ürək”) jurnalında dərc edilmiş bir araşdırmanın nəticələrinə görə, 2 dəqiqəlik səssizlik insanı rahatlaşdırıcı musiqidən daha çox sakitləşdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video