13 Aprel 2019 15:30
1147
DÜNYA
A- A+

Diabet xəstələri üçün ideal səhər yeməyi


Kanadanın Britaniya Kolumbiyası Universitetindən olan alimlər çox yağlı və az karbohidratlı səhər yeməyinin ikinci tip diabet xəstələrinə gün ərzində qlükoza səviyyəsini nəzarətdə saxlamağa imkan verəcəyini aydınlaşdırıb.

AZƏRTAC Medical Xpress portalına istinadla xəbər verir ki, tədqiqatçılar könüllülərin üzərində iki günlük eksperiment keçirib. Onlara səhər yeməyinə birinci gün omlet, ikinci gün meyvəli yulaf yarması verilib. Nəzarət günlərində verilən digər yeməklər isə eyni olub. Eksperiment iştirakçılarının bədənlərinə quraşdırılan cihazlar hər 5 dəqiqədən bir qanda olan şəkər səviyyəsini qeydə alıb.

Sınaq zamanı yağlı və az karbohidratlı səhər yeməyi – omletin diabet xəstələrində qida qəbulundan sonra yaranan şəkər artmasının qarşısını almağa kömək etdiyi məlum olub. Bununla yanaşı, həmin effekt bütün gün ərzində müşahidə edilib. Bu nəticə alimlərin özü üçün də gözlənilməz olub.

"Biz hesab edirdik ki, maksimum 10 faiz karbohidratdan ibarət səhər yeməyi qanda şəkər artımının qarşısını alacaq, lakin qlükozanın ümumi nəzarət və sabitlik effekti bizim üçün gözlənilməz oldu. Az karbohidratlı və bol yağlı məhsulların rasiona daxil edilməsi böyrək, göz və damarlar üçün çox təhlükəli olan şəkər artmasından yayınmağın ən asan vasitəsi hesab edilə bilər”, - deyə tədqiqatın müəlliflərindən biri Conatan Littl bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video