13 Aprel 2019 14:21
700
Elm və texnika
A- A+

Görkəmli şərqşünas alim Aida İmanquliyevaya həsr olunan məqalələr toplusu nəşr edilib


Azərbaycan Dillər Universiteti (ADU) "Aida İmanquliyeva və Şərq-Qərb əlaqələrinin multikultural tədqiqi” məqalələr toplusunu nəşr edib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, multikulturalizm elmi-tədqiqat laboratoriyası tərəfindən nəşrə hazırlanan topluya akademik Kamal Abdulla "Ön söz” yazıb. Məqalələr toplusunun redaktorları dosentlər İrina Kunina və Nurlanə Mustafayeva, rəyçiləri tarix üzrə elmlər doktoru, şərqşünas Nərgiz Əliyeva və tarix üzrə fəlsəfə doktoru Bəhman Kərimov, tərtibçisi isə tarix üzrə fəlsəfə doktoru Əli Fərhadovdur.

Topluda görkəmli Azərbaycan şərqşünası, professor Aida İmanquliyevanın anadan olmasının 78-ci ildönümü münasibətilə ADU-da "Şərq-Qərb əlaqələrinin multikultural tədqiqi” mövzusunda keçirilmiş dəyirmi masanın materialları təqdim edilib. Topluda "Aida İmanquliyevanın multikulturalizmin inkişafında rolu”, "Aida İmanquliyevanın tədqiqatlarının əsas məziyyətləri: multikultural dəyərlərin öyrənilməsi”, "Şərqlə Qərb – Aida İmanquliyeva yaradıcılığında fərqli dünyalar, ortaq dəyərlər”, "Aida İmanquliyevanın yaradıcılığında İslam mədəniyyətinin Qərbə təsiri məsələsi” və "Aida İmanquliyevanın yaradıcılığında ərəb məhcər ədəbiyyatına multikultural baxış” başlıqlı məqalələr yer alıb. Həmçinin görkəmli şərqşünas alimin yaradıcılığı işığında ərəb məhcər ədəbiyyatının Cübran Xəlil Cübran, Əmin ər-Reyhani, Mixail Nüaymə kimi təmsilçilərinin əsərləri tədqiq edilib və nümunələr verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video