Alternative content

22:21 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Avropa Liseyinin Kiçik Elmlər Akademiyasının 20 illik yubileyi qeyd olunub
Bakı Avropa Liseyinin Kiçik Elmlər Akademiyasının 20 illik yubileyi qeyd olunub
ANA SƏHİFƏ / Təhsil
14:17 13.04.2019

Aprelin 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Bakı Avropa Liseyinin Kiçik Elmlər Akademiyasının 20 illik yubileyinə həsr olunmuş XI elmi-praktik konfrans keçirilib.

ADPU-nun rəhbərliyinin, müəllim və tələbələrin, görkəmli alimlərin və təhsil işçilərinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.

AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov Bakı Avropa Liseyinin fəaliyyətini yüksək qiymətləndirib. Rektor bildirib ki, lisey Azərbaycan təhsil sisteminin keyfiyyətcə yeni mərhələyə keçməsinə xidmət göstərir.

Bakı Avropa Liseyinin direktoru, təhsil üzrə beynəlxalq ekspert, psixologiya elmləri üzrə fəlsəfə doktoru Zülfiyyə Veysova rəhbərlik etdiyi liseyin yaranma tarixindən danışıb. Qeyd olunub ki, 1991-ci ildə yaradılmış liseyin istedadlı uşaqların üzə çıxarılmasında, onların elmə cəlb olunmasında, müxtəlif layihələrin həyata keçirilməsində xidmətləri var. Səkkiz siniflə fəaliyyətə başlayan liseydə hazırda 1380 şagird təhsil alır. Bu təhsil ocağında çoxlu sayda innovativ ideyalar tətbiq olunub. Liseydə 25 ildir ki, innovativ təlim sistemi olan fənlərarası təlim proqramı həyata keçirilir. Bu proqramın əsasında 2000-ci ildə Bakı Avropa Liseyinin Kiçik Elmlər Akademiyası yaradılıb. Kiçik Elmlər Akademiyasının məqsədi şagirdlərdə elmə maraq oyatmaq, elmi-tədqiqat bacarıqları, elmdə öz bacarıqlarını yoxlamaq və özünəinam keyfiyyətlərini aşılamaqdır. Kiçik Elmlər Akademiyasında fəaliyyət göstərdiyi 20 il ərzində 400-dən çox elmi iş hazırlanıb və təqdim olunub. Akademiyanın tədqiqatları müxtəlif elm sahələrini - fizika, kimya, biologiya, riyaziyyat, informasiya texnologiyaları, tibb, ekologiya, tarix, coğrafiya, iqtisadiyyat, politologiya, filologiya, dilçilik, psixologiya, sosiologiya, kulturologiya, incəsənət və memarlıq sahələrini əhatə edir. Kiçik Elmlər Akademiyasının məzunları dünyanın nüfuzlu ali məktəblərində təhsil alıb, onlardan bir neçəsi dünyanın məşhur universitet və laboratoriyalarında uğurla fəaliyyət göstərirlər.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov konfransın əhəmiyyətini vurğulayıb. Kiçik Elmlər Akademiyasının yaradılmasını təqdirəlayiq hal kimi dəyərləndirən F.Qurbanov bildirib ki, hər bir ölkənin inkişafında təhsil və onun elmi səviyyəsi mühüm rol oynayır. Bunun üçün də əsas amillərdən biri istedadlı uşaqları aşkar etmək, onların inkişafını təmin etməkdir. Bu baxımdan Kiçik Elmlər Akademiyası və 10 il sonra Təhsil Nazirliyinin dəstəyi ilə digər məktəblərdə yaradılmış bu cür akademiyalar ölkəmizdə həm təhsilin, həm də elmin inkişafına böyük töhfə verir.

Müasir dünyada elmin, təhsilin mühüm rolunu qeyd edən Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, Bakı Avropa Liseyinin təhsil modeli yeni və daha səmərəli təhsil yanaşmalarının tətbiqinə və müasir tələbləri özündə əks etdirən metod və texnologiyalara əsaslanır. Liseydə tətbiq olunan ən mühüm innovasiyalar uşaqlara daim dəyişən, inkişaf edən dünyada uğur qazanmağa imkan yaradır.

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Rəna İbrahimbəyova Bakı Avropa Liseyində tətbiq olunan təlim metodlarının üstünlüklərindən danışıb.

Bakı Avropa Liseyinin elmin inkişafında uğurlar əldə etdiyini deyən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rəhbərlik etdiyi qurumun adından liseyə fəxri fərman təqdim edib.

Sonra videoçarx vasitəsilə Kiçik Elmlər Akademiyasının məzunlarının çıxışları dinlənilib.

Tədbirdə Zərifə Əhmədzadənin və Taleh Əliyevin müəllifi olduqları "Neftin çıxarılma əmsalını artıran reagentin sintezi və sınağı”, Ləman Əliyevanın "Pilotsuz uçuş aparatları üçün paraşüt” elmi işlərinin təqdimatı olub.

Konfrans işini beş bölmədə - təbiət elmləri, ekologiya və tibb, psixologiya-pedaqogika, sosiologiya, iqtisadiyyat, politologiya bölmələrində davam etdirib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM