Alternative content

11:10 20 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
10:54 20.04.2019 Kinomuzun qaynanası...
00:38 20.04.2019 3 ayda 3 faiz artım
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xalq etimadı
Xalq etimadı
ANA SƏHİFƏ / SİYASƏT
01:36 13.04.2019


Prezident İlham Əliyev hər zaman ölkə vətəndaşlarının əmin-amanlığını və rifahını təmin edən zəruri tədbirlər görür


Azərbaycan islahatların önündə gedən dövlət kimi əksər aparıcı reytinq agentliklərinin hesabatında və keçirilən rəy sorğularında daim diqqət çəkmişdir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Davos İqtisadi Forumu Azərbaycanda aparılan islahatlara yüksək qiymət vermişlər. Davos Forumunun "İnklüziv inkişaf indeksi” illik hesabatında (2017) ölkəmiz inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlmişdir. Belə faktlar kifayət qədər çoxdur.

Bu dəfə isə növbəti reytinq agentliklərindən biri, Fransanın "Opinion Way” şirkəti cari ilin mart ayında Naxçıvan MR istisna olmaqla, Azərbaycanın bütün bölgələrində apardığı rəy sorğusunda ölkəmizin qazandığı uğurları təsdiq etmişdir. Bu şirkətin rəhbəri Brüno Janbar bir neçə gün əvvəl Beynəlxalq Mətbuat Mərkəzində təşkil edilən konfransda sorğunun nəticələrini elan edərək respondentlərin 80,1 faizinin ölkədəki ictimai-siyasi sabitliyin qorunmasında, sosial-iqtisadi islahatların davamlı icrasında İlham Əliyevin Prezident kimi müstəsna rolunu təsdiqlədiyini bəyan etmişdir.

Müasir dünyada arzuolunmaz gərginliklər yaşanılsa da, bir sıra ölkələrdə ictimai-siyasi sabitlik bir anlayış kimi qeyb olsa da, münaqişələr dərinləşsə də, rəyi soruşulanlar bildiriblər ki, Azərbaycanda son bir ildə ictimai-siyasi sabitlik hökm sürür, dinamik sosial-iqtisadi inkişaf uğurla davam edir. Ölkə vətəndaşlarının əmin-amanlığını və rifahını təmin edən bütün zəruri addımlar vaxtında atılmışdır.

Sorğu son bir ilin nəticələrinə köklənsə də, biz yaxşı bilirik ki, ölkəmizdəki ictimai-siyasi sabitliyin, xalq-iqtidar birliyinin ömrü elə müstəqilliyimizin bərpa edildiyi tarixlə, demək olar ki, bərabərdir. Bu sabitliyi təmin edən amillər əvvəlcə ulu öndər Heydər Əliyevlə, 2003-cü ildən üzü bəri isə sosial və iqtisadi inkişafla bağlı verdiyi bütün vədlərə əməl edən Azərbaycan Prezidenti İlham Əliyevlə bağlıdır. Məhz bu məsuliyyət meyarı və dəqiqlik ona nail olmağa imkan verdi ki, son 15 il ərzində Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini adladı, inamla iqtisadi islahatların bütün istiqamətlərdə tətbiqinə nail oldu. Ölkə iqtisadiyyatı 3,2, qeyri-neft sektoru 2,8, sənaye istehsalı 2,6, kənd təsərrüfatı 1,7, qeyri-neft ixracı isə 4,1 dəfə artdı, valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara çatdı.

Brüno Janbar konfransda onu vurğuladı ki, "Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib: "Bu sualı rəyi soruşulanların yalnız 6,8 faizi "mənfi”, 8,1 faizi "bilmirəm” kimi cavablandırıb. Prezidentin son bir ildə apardığı islahatları sorğuda iştirak edənlərin 90,5 faizi bütövlükdə müsbət qiymətləndirib, onlardan 64 faizi bu istiqamətdə hökumətin fəaliyyətini "tam bəyəndiyini”, 26,5 faizi "əsasən bəyəndiyini” vurğulayıb.

Cənab İlham Əliyev sonuncu prezident seçkilərindən öncəki əksər çıxışlarında söz vermişdi ki, ölkədə biznes mühiti daha da yaxşılaşdırılacaq, vergi, gömrük sistemində aparılan ciddi islahatlar davam etdiriləcək, sənayenin, aqrar sahənin dəstəklənməsi və infrastrukturun inkişafı istiqamətində işlər davam etdiriləcək, yoxsulluğun azaldılması və sosial təminat istiqamətində mühüm addımlar atılacaq.

İlham Əliyev seçkilərdə qalib gəldikdən sonra elə andiçmə mərasimində gələcək fəaliyyətini verdiyi vədlərin üzərində quracağını bəyan etdi, bütün sahələrdə islahatların davam etdiriləcəyini, dövlət siyasətinin mərkəzində Azərbaycan xalqının köklü maraqlarının, maddi, mənəvi və sosial rifahının təmin ediləcəyini təkrarladı. Sonrakı müxtəlif çıxışlarında da islahatların əsas strategiyasını ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsinə, demokratik dəyərlərin inkişafına və dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinə yönəldəcəyini vurğuladı, bu məqsədlə cəmiyyətin bütün sahələrində ardıcıl və məqsədyönlü sosial-iqtisadi islahatlara sadiq qalacağını bir daha təsdiq etdi.

"Opinion Way”in sorğusunda respondentlərin 75,6 faizi Prezidentin seçkiqabağı vədlərini yerinə yetirdiyini təsdiqləyib.

Prezident İlham Əliyev 2019-cu il yanvarın 14-də dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzaladı, idarəetmə sistemində çevikliyin və effektivliyin təmin edilməsi məqsədilə struktur islahatlarına start verdi. Onu da qeyd etmək vacibdir ki, tətbiq edilən bütün islahatlar vahid çoxşaxəli konsepsiya əsasında aparılır, sürətli sosial-iqtisadi inkişafa, əhalinin rifahının yüksəlməsinə və ölkənin nüfuzunun beynəlxalq aləmdə islahatçı dövlət kimi tanınmasına yönəlmişdir.

Son bir ildə məhkəmə-hüquq sisteminin modernləşməsi prosesi aparılmış, apelyasiya və inzibati-iqtisadi məhkəmələrin fəaliyyəti təkmilləşdirilmişdir. Prezident 2019-cu il aprelin 3-də "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalamışdır. Bu sənəddə ədalət mühakiməsinin formalaşdırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi və digər mühüm məsələlərin həll olunması istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulur. Məhkəmə-hüquq sahəsində mühüm islahatlardan biri də mediasiya institutunun yaradılması ilə bağlı martın 29-da müvafiq qanunun Prezident tərəfindən imzalanmasıdır. Cinayət törətmiş şəxslərin bağışlanması artıq mərhəmət ənənəsinə çevrilmiş, 2019-cu il 16 mart tarixində "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalanmışdır.

"Opinion Way” şirkəti sorğunun nəticələrinə görə Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi korrupsiya əleyhinə mübarizə tədbirlərinin də cəmiyyət tərəfindən təqdir olunduğunu qeyd edir.

Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət göstərməsi də "Opinion Way” şirkətinin diqqətindən kənarda qalmamışdır. Sorğuda Azərbaycan Prezidentinin bölgələrə çoxsaylı səfərləri respondentlərin 90,4 faizi tərəfindən müsbət dəyərləndirilmışdır.

Qeyd etmək vacibdir ki, iqtisadi sahədə ötən bir il ərzində ciddi nailiyyətlər qazanılmış, qeyri-neft sektoru davamlı surətdə inkişaf etdirilmişdir. Gömrük və vergi sahəsində şəffaflıqla bağlı görülən işlər yalnız 2019-cu ilin birinci ayında vergi orqanlarına plandan əlavə 80 milyon manatdan çox, gömrük orqanlarına isə 20 milyon manatdan çox vəsait toplamağa imkan vermişdir.

Bir sözlə, "Opinion Way” şirkətinin sorğusu Azərbaycanın sosial-iqtisadi həyatının bütün sahələrini əhatə etmiş və mövcud vəziyyəti olduğu kimi dəyərləndirə bilmişdir.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM