Alternative content

08:02 22 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:29 22.08.2019 Ümid yeri
00:11 22.08.2019 Rusiya G7-yə qoşulur
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə dəyişiklik edilməsi haqqında
ANA SƏHİFƏ / Fərmanlar
01:24 13.04.2019


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2056; 2017, № 8, maddə 1521, № 10, maddə 1777; 2018, № 5, maddə 920, № 6, maddə 1196, № 7 (I kitab), maddələr 1496, 1506, № 11, maddə 2287; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 519 nömrəli və 22 fevral tarixli 537 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. "7. Strateji hədəflər” hissəsi üzrə:

1.1. 7.2.2-ci yarımbəndin "Tədbir 2.2.1: İntensiv ferma modeli əsasında iri heyvandarlıq komplekslərinin yaradılmasının təşviqi” abzasında "Aqrolizinq” ASC” sözləri "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi” sözləri ilə əvəz edilsin;

1.2. 7.4.2-ci yarımbəndin "Tədbir 4.2.3: Müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi” abzasının birinci cümləsində "Aqrolizinq” ASC xətti ilə lizinqə” sözləri "Lizinqə” sözü ilə əvəz edilsin;

1.3. 7.4.3-cü yarımbəndin "Tədbir 4.3.3: Aqroservis xidmətləri bazarının inkişaf etdirilməsi” abzasının ikinci cümləsindən "Aqrolizinq” ASC-nin, eləcə də” sözləri çıxarılsın.

2. "10. Tədbirlər planı” hissəsi üzrə:

2.1. 4.2.3-cü yarımbəndin "Digər icraçılar/Tövsiyə” sütunundan "Aqrolizinq” ASC,” sözləri çıxarılsın, "Əsas icraçı” sütununa "Kənd Təsərrüfatı Nazirliyi” sözlərindən sonra ", Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC” sözləri əlavə edilsin;

2.2. 4.3.1 - 4.3.3-cü yarımbəndlərin "Digər icraçılar/Tövsiyə” sütunundan "Kənd Təsərrüfatı Nazirliyi,” sözləri çıxarılsın və həmin yarımbəndlərin "Əsas icraçı” sütununda "Aqrolizinq” ASC” sözləri "Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 aprel 2019-cu il



Digər xəbərlər
NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM