13 Aprel 2019 01:22
486
İQTİSADİYYAT
A- A+

Mənzillərə dair çıxarışlar vətəndaşların yaşadıqları ünvanlarda verilir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının icrası ilə bağlı vətəndaşların yaşadıqları ünvanda səyyar xidmət göstərilir, əmlaklarına dair çıxarışlar verilir, o cümlədən ilkin sənədlər toplanır.

Məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, vətəndaş-məmur ünsiyyətinin azaldılması, o cümlədən vaxt itirmədən rahatlıqla əmlakların rəsmi qeydiyyata alınmasıdır. Həmçinin qeydiyyat prosedurlarının sadələşdirilməsi, sosiallıq prinsipinin təmin edilməsi, insan amilinin gücləndirilməsi də əsas vəzifələrdəndir.

Vətəndaş məmnunluğunu daima ön planda tutan Əmlak Məsələləri Dövlət Komitəsi aprelin 12-də Bakıda istismara icazə verilən bina sakinlərinə səyyar xidmət göstərib. "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində 60-a yaxın vətəndaşa birbaşa olaraq yaşadıqları yerdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Qeyd edilməlidir ki, çıxarış verilməzdən əvvəl ilkin sənədlər də yaşadıqları ünvanlarda toplanılıb. Bununla paralel olaraq mobil ofislər vasitəsilə istismara icazə verilən daha 5 binada səyyar qaydada ilkin sənədlərin toplanması işi aparılır. Eyni zamanda belə bina sakinləri üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə tədbiri də keçirilir. Belə binalarda izahedici elanlar yerləşdirilir, vətəndaşlarla məlumat xarakterli işlər aparılır.

Maarifləndirmə çərçivəsində vətandaşlara bildirilib ki, artıq mənzil sahibləri çıxarışlarını kağız formasında deyil, elektron qaydada əldə edə biləcək. Həmin mülkiyyət sənədi "Elektron hökumət” portalına yerləşdiriləcək. Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndəriləcək. Elektron qaydada göndərilən informasiyada çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilib.

Vətəndaşlara çıxarışların əldə edilməsi üçün tələb olunan xidmət haqqı və dövlət rüsumu barədə məlumat verilib. Həmçinin bildirilib ki, əmlakın qeydiyyatı kalkulyatoruna daxil olmaqla onlar əvvəlcədən onlayn qaydada çıxarış üçün tələb edilən məbləği öyrənirlər.

Adıçəkilən fərmanın icra mərhələsində vətəndaşlar həm mobil ofislərə, həm də öz istəklərinə uyğun olan müvafiq quruma müraciət etməklə mənzillərini operativ qaydada qeydiyyata aldıra və sənədlərini əldə edə bilərlər. Proses davamlı olaraq həyata keçiriləcək.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video