13 Aprel 2019 01:10
1508
Mədəniyyət
A- A+

“Səfəvilər: paralellər... ehtimallar... həqiqətlər”


Tədqiqatçı Araz Şəhrilinin (Abbasov) yenicə çapdan çıxmış "Səfəvilər: paralellər... ehtimallar... həqiqətlər” kitabı tarixi hadisələrin və tarixi şəxsiyyətlərin talelərinin müəyyən qanunauyğunluqlar əsasında zaman-zaman təkrarlanmasından bəhs edir. Əsər tarixə yeni baxış təklif edir, qəlibləşmiş stereotipləri sındırır. Əsas deviz isə belədir: Tarix təkrarlanır!

Əsərin əsas obrazı Azərbaycan tarixinin şanlı səhifələrindən olan Səfəvilər dövlətinin qurucusu, hökmdar, sərkərdə, döyüşçü, mürşid, filosof, şair, Azərbaycan dilini ilk dəfə dövlət dili səviyyəsinə qaldırmış Şah İsmayıl Xətaidir!

Araz Şəhrili araşdırmasında bir sıra tarixi məqamlara aydınlıq gətirməyə çalışmışdır: Görəsən, Böyük Kiri, Romulu, Buddanı, Parfiya Ərsakilərini, Məhəmməd Peyğəmbəri, göy-türklərin Aşina soyunu, Osmanlı nəslini və Şah İsmayılı bir-birinə nə bağlayır? Azərbaycanın Salyan, Bankə, Qapan, İrəvan kimi qədim yaşayış məntəqələrinin adları niyə uzaq Nepalda təkrarlanır? Ələm, ulduz, xaç, günəş, şir rəmzləri nəyi ifadə edir? Haylar əzəli türk torpaqlarına hansı ölkələrdən gəliblər? Oxucu bu kimi suallara Araz Şəhrilinin kitabında cavab tapa bilər.

Elmi olsa da, geniş oxucu kütləsinə ünvanlanan və birnəfəsə oxunan bu əsərlə müəllif tarixin qaranlıq səhifələrinə işıq salmağa, onun dərin qatlarında arayıb-axtardığı gizlinləri, sirləri fərqli üsullarla üzə çıxarmağa çalışır və çox vaxt istədiyinə nail olur. Əsərin süjet xətti oxucunu addım-addım tarixin dərinliklərinə dalmağa, hadisələrin axarının onu hara aparacağını düşünməyə sövq edir.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video