Alternative content

11:57 23 May 2019
ONLINE XƏBƏR LENTİ
01:08 23.05.2019 Qafqazın dan ulduzu
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UNEC-100: Sosial xidmətlərdə aparıcı universitet
UNEC-100: Sosial xidmətlərdə aparıcı universitet
ANA SƏHİFƏ / Təhsil
14:26 12.04.2019

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2030-cu ilədək sosial xidmətlərdə aparıcı ali təhsil müəssisəsinə çevrilməyi qarşısına məqsəd qoyub. "UNEC-100” İnkişaf Strategiyasında bu istiqamətdə məqsəd və hədəflər müəyyən edilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, hər il milli səviyyəli sosial məsuliyyətlilik layihəsi reallaşdırmaq, ömürboyu təhsil proqramı üzrə azı beş təhsil xidməti göstərmək, UNEC-də toplanan bilik və təcrübənin cəmiyyətə transfer mexanizmlərini, tələbələrin təşkilatlanmasını və sosial şəraitini, o cümlədən məzunlarla əlaqə mexanizmini daim təkmilləşdirmək strateji hədəflər sırasındadır.

Strategiyaya əsasən, milli səviyyəli sosial məsuliyyətlilik layihələri cəmiyyətin elmi yanaşmaya və elmi inkişafa verdiyi dəyəri artırmağa, ekoloji şüurun inkişafına, aktual sosial problemlərin öyrənilməsi ilə bağlı tədqiqatlar həyata keçirilməsinə yönələcək.

UNEC-də toplanan bilik və təcrübənin cəmiyyətə transfer mexanizmlərinin fasiləsiz olaraq təkmilləşdirilməsi, elmi tədqiqatlar, tədbir və layihələrin nəticələrinin cəmiyyətlə bölüşdürülməsi də strategiyada yer alıb. Sənəddə açıq tədris resurslarının formalaşdırılması, mühazirə və seminarların təşkili, onların internetdə yayılması, UNEC ekspertlərinin media ilə əlaqə mexanizmlərinin təkmilləşdirilməsi də nəzərdə tutulur.

2030-cu ilə qədər UNEC-də ömürboyu təhsil proqramı üzrə ən azı beş təhsil xidməti göstərməyi hədəfləyib. Bu istiqamətdə müxtəlif sosial problemlərlə bağlı maarifləndirmə proqramlarının, o cümlədən biznes dünyasına yönələn qısamüddətli sertifikat proqramlarının və yaşlıların təhsilinə xidmət edən təhsil proqramlarının təşkili nəzərdə tutulur.

Strategiyada tələbələrin təşkilatlanma mexanizmini və sosial şəraitini daim təkmilləşdirmək də yer alıb. Bu istiqamətdə ixtisaslaşmış tələbə təşkilatlarının sayının artırılmasına, tələbə senatı və tələbə auditinin formalaşdırılmasına, tələbə-universitet-valideyn üçtərəfli əlaqə modelinin tətbiq edilməsinə xüsusi önəm veriləcək. Eyni zamanda, tələbələrin karyera quruculuğuna dəstək göstərilməsi, onlar arasında multikultural dəyərlərin yayılmasına xidmət edən tədbirlərin təşkili, sosial layihələrin sayının və çeşidinin artırılaraq davamlılığının təmin edilməsi fəaliyyət istiqamətləri kimi strategiyada əksini tapıb.

UNEC məzunlarla əlaqə mexanizmini daim təkmilləşdirməyi də prioritet seçib. Strategiyaya əsasən, Məzunlar Assosiasiyası və Məzun evlərinin yaradılması, fəxri məzunlarla sistemli əlaqə mexanizminin qurulması, onların əlamətdar tədbirlərə dəvət edilməsi və elektron məlumat bazalarının formalaşdırılması nəzərdə tutulur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM