12 Aprel 2019 14:24
1929
PARLAMENT
A- A+

Milli Məclisin nümayəndə heyəti Parlamentlərarası İttifaqın Assambleyasında fəaliyyətini davam etdirib


Xəbər verildiyi ki, Milli Məclisin deputatları Şahin İsmayılov, Kamran Bayramov və Sona Əliyevadan ibarət Azərbaycanın nümayəndə heyəti Parlamentlərarası İttifaqın Qətər Dövlətinin paytaxtı Doha şəhərində "Sülh, təhlükəsizlik və qanun aliliyi üzrə təhsilin səviyyəsinin artırılmasında parlamentlərin rolu” mövzusunda keçirilən 140-cı Assambleyasında iştirak edib.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Assambleyanın son günündə nümayəndə heyətimizin üzvü Kamran Bayramov iştirakçılar qarşısında çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil səviyyəsinin artırılması, təhsil sisteminin müasir tələblər səviyyəsində qurulması üzrə görülmüş işlər və həyata keçirilən islahatlar, bu sahədə qəbul olunmuş qanunvericilik aktları barədə geniş məlumat verib. Bununla yanaşı, dövlətimizin başçısının sərəncamları əsasında təhsilin maddi-texniki təminatının yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin görüldüyü, son 15 ildə Azərbaycan Respublikasında 3500-dən çox məktəb binalarının tikildiyi və əsaslı təmir olunduğu, nəticədə şagirdlərin təhsil şəraitinin təkmilləşdirildiyi, təhsil müəssisələrində informasiya və kommunikasiya texnologiyalarının geniş şəkildə tətbiq olunduğu barədə bəhs edilib. Eyni zamanda, regionda sülh və təhlükəsizliyin bərqərar olunmasına ciddi maneə törədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbir zamanı, həmçinin Qətərin nüfuzlu "The Peninsula” və "Al Sharq” qəzetlərinə Parlamentlərarası İttifaqın 140-cı Assambleyasında müzakirə olunan müxtəlif məsələlər, habelə Azərbaycan-Qətər münasibətləri barədə müsahibələr verilib.

Assambleyanın hesabat bölməsində isə Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron ötənilki fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına hesabatını təqdim edib, qeyd edilən müddət ərzində iştirak etdiyi beynəlxalq tədbirlər sırasında 2018-ci ilin oktyabrında ölkəmizdə keçirilmiş VI Bakı Beynəlxalq Humanitar Forumunu xüsusilə qeyd edib. Bununla yanaşı, İttifaqın prezidenti Bakı Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdüyünü, həmin görüşün çox faydalı olduğunu və onun üçün xoş təəssürat bağışladığını qeyd edib, Assambleya iştirakçılarına görüşdən olan şəkilləri nümayiş etdirib.

Parlamentlərarası İttifaqın 140-cı Assambleyası aprelin 10-da başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video