Alternative content

11:10 20 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
10:54 20.04.2019 Kinomuzun qaynanası...
00:38 20.04.2019 3 ayda 3 faiz artım
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin komitə iclasında Gənclər Fondunun 2018-ci il ərzindəki fəaliyyəti haqqında hesabat dinlənilib
Milli Məclisin komitə iclasında Gənclər Fondunun 2018-ci il ərzindəki fəaliyyəti haqqında hesabat dinlənilib
ANA SƏHİFƏ / PARLAMENT
20:39 11.04.2019

Aprelin 11-də Milli Məclisin gənclər və idman komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın əvvəlində komitənin sədri Ülvi Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin prezident seçkilərindən ötən 1 ildə gördüyü işlərdən, yürütdüyü gənclər və idman siyasətindən söz açıb, komitə üzvləri adından dövlətimizin başçısına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonra komitədə "Azərbaycan Respublikasının Gənclər Fondunun 2018-ci il ərzindəki fəaliyyəti haqqında hesabat” dinlənilib. Slaydlarla müşayiət olunan hesabatı təqdim edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bu qurumun yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, ötən il Fondun Müşahidə Şurasının 5 iclası keçirilib. Bir sıra bölgələrdə və şəhərlərdə XI qrant müsabiqəsinin maarifləndirmə görüşləri təşkil olunub. Müsabiqəyə 1095 layihə təqdim edilib, onlardan 370-i dəstəklənib. Həmin layihələrin icrasına 1 milyon 330 min 300 manat vəsait ayrılıb. Bakıda və Naxçıvanda müsabiqənin geniş təqdimatı keçirilib.

Fərid Cəfərov qeyd edib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan tələbə gənclər arasından təhsil və dərsə davamiyyət göstəriciləri yüksək olan 237 tələbənin təhsil haqqı borcu Fond tərəfindən ödənilib. Gənclərin vətənpərvərlik tərbiyəsi, inkişafı diqqət mərkəzində olub. Hesabat dövründə beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri genişləndirilib, maarifləndirici səfərlər təşkil olunub. Gənclər Fondunun xətti ilə 20 nəfər gənc 2 həftə müddətində Avropa İttifaqı təşkilatlarında, Avropa Parlamentində və Belçika Krallığının Xarici İşlər Nazirliyində, AŞPA-nın sessiyalarında təcrübə keçib.

Deputatların diqqətinə çatdırılıb ki, daha səmərəli fəaliyyət göstərmək məqsədilə bu il Gənclərin Karyera və İnkişaf Mərkəzinin açılması, gənc.az portalının yaradılması nəzərdə tutulur.

İclasda çıxış edən deputatlar Əli Hüseynli, Azər Badamov, Elşən Musayev, Sevinc Hüseynova, Mahir Abbaszadə, Cavid Osmanov Gənclər Fondunun 2018-ci ildə gördüyü işləri və bu il həyata keçirəcəyi tədbirləri yüksək dəyərləndirib, tövsiyələrini bildiriblər.

Milli Məclisdə təcrübə keçən tələbə gənclər komitənin iclasında çıxış edərək təkliflərini və arzularını Gənclər Fondu rəhbərliyinin və deputatların diqqətinə çatdırıblar.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM