11 Aprel 2019 20:25
790
İDMAN
A- A+

Bakıda keçiriləcək Formula 2 yarışlarının təqvimi açıqlanıb


Aprelin 26-28-də Bakı şəhər halqasında Formula 2 yarışları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışda 10 komandadan 20 pilot birincilik uğrunda mübarizə aparacaq.

Aprelin 26-da saat 11:30-da sərbəst yürüşlər təşkil olunacaq. Həmin gün saat 16:50-də təsnifat yarışlarına start veriləcək. Aprelin 27-də saat 13:10-da birinci, bir gün sonra isə 14:15-də ikinci yarış keçiriləcək. İlk yarışda pilotlar 32, növbəti yürüşdə isə 23 dövrə vuracaqlar.

Bəhreyndə təşkil olunan ilk yarışdan sonra hesabında 37 xal olan "UNİ-Virtuosi Racing” komandasının üzvü italiyalı Luka Qiotto pilotların sıralamasında birinci pillədə yer alıb. "DAMS”ın pilotları Nikolas Latifi (Kanada) 35 xalla ikinci, braziliyalı Serxio Sette Kamara isə 27 xalla üçüncüdür.

On bir mərhələdən ibarət yarışa sentyabrın 27-29-da Rusiyanın Soçi şəhərində yekun vurulacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video