11 Aprel 2019 16:50
382
DÜNYA
A- A+

Brexit yenidən təxirə salındı


Avropa İttifaqının (Aİ) 27 ölkəsinin liderləri Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxması (Brexit) tarixini oktyabrın 31-dək təxirə salmaq və vəziyyəti iyun ayında keçiriləcək növbəti sammitdə müzakirə etmək barədə qərar qəbul etmişlər. Bu barədə Aİ-nin Brüsseldə keçirilmiş təcili sammitinin yekunlarına görə mətbuat konfransında Aİ Şurasının sədri Donald Tusk məlumat vermişdir.

Tuskun dediyinə görə, "Aİ sammiti oktyabrın 31-dək Brexitə "çevik” möhlət vermişdir. Bu vaxtadək Londonun altı ayı var. Bu vaxt Aİ-dən çıxmaq barədə sazişi ratifikasiya etmək üçün kifayətdir”.

Aİ Şurasının sədri həmçinin qeyd etmişdir ki, London Brexitin başqa vaxta keçirilməsi qərarı çərçivəsində Aİ-nin tərkibindən çıxmaqdan tamamilə imtina edə bilər. O vaxtadək Böyük Britaniya Aİ-nin tamhüquqlu üzvü kimi qalacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video