11 Aprel 2019 13:16
369
DÜNYA
A- A+

Demokratlar beş müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a gəlməsinə qadağanın ləğv olunması barədə qanun layihəsini Konqresə təqdim ediblər


Demokratlar ABŞ Konqresinə yeni qanun layihəsi təqdim ediblər. Bu layihəyə görə, İran, Liviya, Suriya, Somali və Yəmən vətəndaşlarının ABŞ-a gəlməsinə ABŞ administrasiyası tərəfindən qoyulmuş qadağa ləğv edilir.

AZƏRTAC xəbər verir ki, yeni qanun layihəsinin müəllifləri konqresmen xanım Cudi Çu və senator Kristofer Kunsdur. Onlar bildiriblər ki, bu qanun layihəsi həmin ölkələrin vətəndaşlarının ABŞ-a gəlməsinə qoyulmuş qadağanı ləğv etməklə bərabər, gələcəkdə prezidentlər tərəfindən dini və milli amillər əsasında bu cür qadağalar qoyulmasının qarşısını alacaq.

Konqresmen xanım Cudi Çu öz tvitter səhifəsində yazıb: "Prezident Trampın müsəlmanlara qarşı tətbiq etdiyi qadağa fanatizmə əsaslanan nifrət siyasətinin nəticəsidir”. Minnesota ştatından olan xanım konqresmen, müsəlman İlxan Omar da bu məsələyə laqeyd qalmayıb. O, qanun layihəsinin müəlliflərini dəstəklədiyini bəyan edərək bildirib ki, dini, irqi və ya milli mənşə səbəbindən heç kəsin əsas hüquqları məhdudlaşdırılmamalıdır.

Tramp administrasiyası həmin qadağanı tətbiq edərkən bildirmişdi ki, bu tədbir ABŞ-ın milli təhlükəsizlik mənafeləri üçün görülür və həmin müsəlman ölkələrində əhalinin dini baxışlarına deyil, siyasi vəziyyətin spesifikasına əsaslanır.

İmmiqrantlara münasibətdə milli zəmində ayrı-seçkiliyinə qarşı mübarizə barədə qanun layihəsi ayrı-ayrı ölkələrin sakinlərinin ABŞ-a gəlişinə Prezident Tramp tərəfindən qoyulmuş qadağanı ləğv edir, bu şəxslərin dini mənsubiyyəti əsas göstərilməklə onların ABŞ-a gəlişinə icazə verilməməsini qadağan edir, icra hakimiyyətinin gələcəkdə səfərlərə qadağa tətbiq etmək imkanlarını məhdudlaşdıraraq səlahiyyət bölgüsünü bərpa edir. Qanun layihəsi müəlliflərinin fikrincə, həmkarlarının kifayət qədər çox hissəsi, eləcə də yüzlərlə vətəndaş təşkilatı bu layihəni dəstəkləyəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video