Alternative content

11:12 20 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
10:54 20.04.2019 Kinomuzun qaynanası...
00:38 20.04.2019 3 ayda 3 faiz artım
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Saç tökülməsinin səbəbləri
Saç tökülməsinin səbəbləri
ANA SƏHİFƏ / Səhiyyə
13:14 11.04.2019

Saç tökülməsi həmişə cəmiyyətdə aktual mövzulardan biridir. Bəziləri onu normal proses kimi qəbul etsələr də, bəziləri isə narahatlıq hissi keçirərək həkimə üz tutur.

Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova həmin müraciətlərlə əlaqədar AZƏRTAC-ın müxbirinin sorğusuna belə cavab verib: "Saç tökülməsi bir neçə səbəbdən - həm daxili, həm xarici amillərdən yaranır. Xarici amillərə, yəni ekzogen amillərə xanımların istifadə etdiyi kimyəvi boyalar, daxilə qəbul edilən həblər, uzun müddət antibiotiklərdən istifadə edilməsi daxildir.

Daxili amillərə daxili orqanların xəstəlikləri, qaraciyər və böyrək problemləri, infeksiya xəstəlikləri, periferik qan dövranının pozğunluqları və digər səbəblər aid edilir. Yaşadığı mühiti dəyişmək, qapalı iş yerində işləmək və stress saç tökülməsini artıran səbəblər sırasındadır. Saç tökülməsi hər iki cinsdə təsadüf edilsə də, keçəlləşməyə daha çox kişilər arasında rast gəlinir, çünki hormon və genlər bu sahədə mühüm rol oynayır”.

Həkim-dermatoloq deyib: "Saç tökülmələri içərisində ən geniş yayılanı androgen allopesiyalarıdır, buna kişi tipli saç tökülməsi deyilir. Lakin ona xanımlar arasında da təsadüf edilir. Kişilərin 80 faizi onunla üzləşsə də, xanımlarda keçəllik olmur, çünki xanımların saç kökü kişilərə nisbətən 2 millimetr daha dərində yerləşir”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM