Alternative content

03:46 22 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 22 rayona 27 səfər, 93 yeni obyektin açılışı
22 rayona 27 səfər, 93 yeni obyektin açılışı
ANA SƏHİFƏ / SİYASƏT
01:33 11.04.2019


"Seçkilərdə mənə göstərilən dəstək məni daha da ruhlandırır, daha böyük güc verir. Seçkilərdə xalqımız həm görülən işlərə, real nəticələrə, eyni zamanda, bizim gələcəyimizə, xoşbəxt gələcəyimizə səs vermişdir. Əminəm ki, bundan sonra da ölkəmiz uğurla inkişaf edəcək. Bundan sonra da Azərbaycan xalqı sabitlik, təhlükəsizlik şəraitində yaşayacaq”.

Ötən il aprelin 11-də keçirilən prezident seçkilərində seçicilərin mütləq əksəriyyətinin səsini qazanan İlham Əliyev inamlı qələbə münasibətilə təşkil edilən möhtəşəm toplantıda xalqdan aldığı etimad mandatını belə dəyərləndirdi. Hər zaman xalqın dəstəyini hiss etdiyini və bu dəstəyə arxalandığını vurğulayan Prezident sədaqətli, ləyaqətli xidmət missiyasını davam etdirəcəyinə söz verdi.


Sosial-iqtisadi tərəqqi


Son 16 ildə ölkənin sosial-iqtisadi tərəqqisini təmin edən ən başlıca amillərdən biri də regionların davamlı və tarazlı inkişafına nail olunması ilə bağlıdır. Regionların inkişafına dair 3 dövlət proqramının uğurla icrası bölgələrin sosial-iqtisadi mənzərəsini xeyli yaxşılaşdırıb, yerlərdə iqtisadi fəallığın və təşəbbüskarlığın artmasına, vacib infrastruktur layihələrinin reallaşdırılmasına imkan yaradıb.

Dövlət başçısı seçkilərdən sonrakı dövrdə, yəni bir il ərzində mütəmadi olaraq ölkənin əksər şəhər və rayonlarına səfərlər edib, görülən işlərlə şəxsən maraqlanaraq tapşırıqlar verib və vətəndaşlarla səmimi görüşlər keçirib. Şad gündə də, dar gündə də xalqın yanında olan İlham Əliyev öz missiyasını uğurla yerinə yetirib.

11 aprel prezident seçkilərindən sonrakı dövrə nəzər yetirsək görərik ki, bu qısa müddət ərzində dövlət başçısı respublikanın bir çox şəhər və rayonuna səfərlər edərək verdiyi tapşırıqların və göstərişlərin icrası ilə yerində maraqlanıb, eləcə də mühüm sosial obyektlərin, mədəniyyət mərkəzlərinin açılışı, avtomobil yollarının yenidən qurulması işləri ilə tanış olub, hərbi hissələrə baş çəkib, vətəndaşlarla səmimi görüşlər keçirərək onların problemləri ilə maraqlanıb. Bakıya qayıtdıqdan sonra isə bəzi sosial məsələlərin həlli istiqamətində fərman və sərəncamlar imzalayıb.


Bölgələr hər zaman Prezidentin diqqət mərkəzindədir


Diqqət etsək görərik ki, prezident seçkilərindən keçən müddət ərzində, yəni son bir ildə İlham Əliyev ölkənin əksər şəhər və rayonlarında səfərdə olub.

1. Xaçmaz-Xızı (4 may). 2. Naxçıvan Muxtar Respublikası (16 may). 3. Goranboy və Naftalan (5 iyun). 4. Sumqayıt (18 iyul, 16 noyabr, 27 dekabr). 5. Şamaxı-İsmayıllı (25-26 avqust). 6. Biləsuvar-Masallı (18 sentyabr), 7. Quba-Xızı (11 oktyabr). 8. Lənkəran-Astara-Lerik (15 oktyabr). 9. İmişli (22 oktyabr), Qax- Şəki (28-29 oktyabr). 10. Ağdam-Ağcabədi (5 noyabr). 11. Abşeron (24 dekabr). 12. Sumqayıt (16 yanvar, 18 fevral). 13. Şamaxı (7 fevral, 7 mart). 14. Beyləqan (13 fevral). 15. Ağsu (6 mart).

Ümumilikdə 22 şəhər və rayona 27 dəfə səfər edib, 93 yeni sosial-iqtisadi infrastrukturun açılışını edib. Əlbəttə ki, açılan hər yeni obyekt yeni iş yerləri deməkdir. Bu da əhalinin sosial durumuna öz müsbət təsirini göstərir. Elə bunun səbəbidir ki, vaxtı ilə iş dalınca Bakıya üz tutan insanlar indi rayona qayıdırlar.


Regionlarda gerçəkləşən mühüm iqtisadi layihələr


Seçkilərdən sonrakı müddət ərzində regionların sosial-iqtisadi inkişafına töhfə verən, yeni iş yerlərinin açılmasını təmin edən müəssisələr, zavodlar, fabriklər və digər obyektlər fəaliyyətə başlayıb.

Dövlət başçısı yeni müəssisələrin işə düşməsi, istismara verilməsi mərasimlərində iştirak edərək öz xeyir-duasını verib.

Prezidentin iştirakı ilə Masallı Sənaye Məhəlləsi, Şamaxıda "Şirvan şərabları” MMC-nin şərab zavodu, Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodu, İnşaat Kimyəviləri Zavodu, "SOCAR karbamid” zavodu, Yüksək sıxlıqlı polietilen zavodu, "Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodu və "Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabriki, "Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodunun və "Azərxalça” ASC-nin Ağdam, Xaçmaz, İsmayıllı, Lənkəran filiallarının açılış mərasimləri keçirilib.

Göründüyü kimi, ölkədə innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin, həmçinin qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin məşğulluğunu artırmaq məqsədilə nəhəng sənaye parkları və məhəllələri, zavod və fabriklərin yaradılması prosesi uğurla davam etdirilir. Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması baxımından bu cür sənaye parklarının və məhəllələrinin müstəsna əhəmiyyəti var.


Reallaşan sosial infrastrukturlar


Ölkədə həyata keçirilən sosialyönümlü siyasət və İlham Əliyevin çevik iqtisadi islahatları nəticəsində əldə olunan nailiyyətlər sosial dövlət modelinin uğurla reallaşdırılmasının fundamental əsaslarını formalaşdırıb. Bunun nəticəsidir ki, Azərbaycanda sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub və iqtisadi yüksəlişlə sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin daha da yüksəldilməsini təmin etməkdədir.

Prezident ötən ilin aprelindən bu ilin mart ayınadək İmişli və Şəkidə "ASAN Həyat” komplekslərinin açılışlarını edib. Həmçinin "ABAD” publik hüquqi şəxsin Qubadakı "ABAD Factory” İstehsalat Kompleksinin, Şəkidəki "ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılış mərasimlərində olub.

Dövlət başçısının iştirakı ilə həmçinin Naftalan və Quba şəhər mərkəzi xəstəxanaları, Lənkərandakı İstisu Sağlamlıq Mərkəzi, Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksi, Qaxda "Yurd Hotel” mehmanxanası, Lənkəran və Beyləqan olimpiya idman komplekslərinin və Naxçıvan Müəllimlər İnstitutunun açılışları olub.

Bundan başqa, İlham Əliyev Şəkidə Heydər Əliyev Mərkəzinin, Beyləqanda yenidən qurulan tarix-diyarşünaslıq muzeyinin, Goranboyda, Lerikdə, İmişlidə, Şəkidə bayraq muzeylərinin açılışlarında iştirak edib.

Ölkəmizdə bütün sahələrdə, o cümlədən sosial sahədə uğurlu dövlət siyasəti həyata keçirilir. Məhz bu səbəbdən də reallaşdırılan siyasət, aparılan islahatlar öz müsbət nəticələrini göstərir.


Yeni inşa olunan, əsaslı şəkildə qurulan müasir avtomobil yolları


Prezidentin son illərdə daha çox diqqət yetirdiyi sahələrdən biri də yol infrastrukturudur. Ölkəmizdə yol tikintisi geniş vüsət alıb. Dövlət İnvestisiya Proqramında ən azı 600 kəndin yolunun əsaslı təmir olunması nəzərdə tutulub. O cümlədən, magistral yolların salınması, onların ən yüksək standartlara çatdırılması prosesi də uğurla həyata keçirilir.

İlham Əliyev şəxsən bu layihələrin icrası ilə yerində maraqlanıb və yeni salınan, əsaslı şəkildə yenidən qurulan yolların açılış mərasimlərində olub. Dövlət başçısının əksər regionlara səfər proqramlarına yeni yolların açılış mərasimi daxil edilib. Bunların sırasında Mingəçevir, Beyləqan, İmişli, Xaçmaz-Xudat, Giləzi-Xızı, Goranboy, Şamaxı, İsmayıllı-Şəki, Quba, Biləsuvar, Lənkəran, Lerik, Qax, Ağdamda avtomobil yollarının müxtəlif hissələrini göstərmək olar.

Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyi məkan kimi Azərbaycan da tarixi İpək yolunun bərpası prosesində öz üzərinə düşən vəzifəni uğurla reallaşdırır. Ötən il bu istiqamətdə daha bir layihə gerçəkliyə çevrilib. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu istifadəyə verilib.


Aqrar sektora dövlət qayğısı bu sahəyə yeni nəfəs gətirib


Regionların inkişafını özündə ehtiva edən proqramların vaxtında və yüksək səviyyədə icra olunması Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, istehsal müəssisələrinin fəaliyyətinin bərpasına, yeni istehsal müəssisələrinin yaradılmasına, yerli resurslardan istifadənin səmərəsinin artırılmasına, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasına, aqrar sektorda islahatların sürətləndirilməsinə yol açıb.

Bir ildə bölgələrdə aqrar sektorun inkişafına töhfə verəcək çoxlu sayda yeni müəssisələr fəaliyyətə başlayıb. Dövlət başçısının iştirakı ilə ötən il Goranboyda "Region Aqropark”ın, Şamaxıda "Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın, "AZZA AGRO” MMC-nin müasir heyvandarlıq kompleksinin, Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin və Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi İnstitutunun Lənkəran Regional Sınaq Laboratoriyasının, Qax Damazlıq İpəkçilik Stansiyasının, "Ulu Aqro” MMC-nin Qax Aqroparkının, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki "Qarabağ Atçılıq Təsərrüfatı” MMC-nin Ağcabədidəki Qarabağ Atçılıq Kompleksinin açılış mərasimləri olub.

Əlbəttə ki, bütün bunlar aqrar sektora göstərilən diqqət və qayğının təzahürüdür. Ötən il görülən işlər, yeni fəaliyyətə başlayan müəssisələr onu deməyə əsas verir ki, bu il aqrar sektorda mühüm nailiyyətlər əldə olunacaq.


Dağlar qoynundakı Lahıca da qaz xətti çəkildi


Bu müddət ərzində dövlət başçısının daha çox diqqət yetirdiyi sahələrdən olan meliorasiya və irriqasiya, həmçinin əhalinin enerji təminatı sahəsində böyük uğurlar əldə edilib. Bu layihənin icrası qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafına müsbət töhfələr verir.

Əhalinin enerji təminatına gəlincə isə, deyə bilərik ki, ötən il bu sahədə də bir sıra mühüm layihələr gerçəkləşib. Dövlət başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən, Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunan İsmayıllının Lahıc qəsəbəsinə qaz verilməsi mərasimi ötən ilin ən yaddaqalan hadisələrindəndir.

Bu bir həqiqətdir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə son illərdə ölkəmizdə yüzlərlə ümumtəhsil müəssisəsi inşa olunub və ya yenidən qurularaq istismara verilib. Bu da ki, əlbəttə, ölkənin təhsil sisteminə öz müsbət təsirini göstərib.

Bununla yanaşı, Heydər Əliyev Fondu ölkəmizdəki mədəni abidələrin qorunub saxlanılması istiqamətində də ciddi işlər görür. Fond ənənəsinə sadiq qalaraq bir sıra layihələri gerçəkləşdirib. Nəzər salaq: Şamaxıda Dəmirçi Arxeologiya Muzeyi, Ağdamda Muğam Mərkəzi, əsaslı şəkildə yenidən qurulan Bərdə türbəsi və Torpaqqala kompleksində yaradılan şərait.

Həmçinin 100 yerlik Lerik şəhər 2 saylı körpələr evi-uşaq bağçası, Qubada 100 yerlik "Günəş” körpələr evi-uşaq bağçası, 132 şagird yerlik Şamaxı rayonu Meysəri kənd tam orta məktəbi, İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan tam orta məktəb binaları, İmişlidə 100 yerlik körpələr evi-uşaq bağçası, Şəkidə qarışıq tipli uşaq evi üçün inşa olunan yeni bina.

Adları çəkilən mərkəzlərin, muzeylərin, məktəblərin, uşaq bağçalarının açılışlarında Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva iştirak edərək yerinə yetirilən tapşırıqların icrası ilə yaxından maraqlanıblar.


Hər zaman diqqətdə olan cəbhə bölgəsi, yeni hərbi obyektlərin açılışı


Prezidentlik fəaliyyətinin bütün dövründə cəbhə bölgəsinin sakinlərinə hər zaman xüsusi diqqət, himayədarlıq göstərən İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 5-də Qarabağa səfər etdilər. Ağdam rayonuna edilən səfər bir neçə məqamla əlamətdar oldu.

Bu səfərlə Qarabağa yeni nəfəs gətirən İlham Əliyev Böyük qayıdışa inamı daha da möhkəmləndirdi. Ağdam sakinləri isə dövlət başçısına möhtəşəm dəstəyini, birmənalı bağlılığını nümayiş etdirdilər.

Onu da qeyd edək ki, dövlət başçısı regionlara səfərləri çərçivəsində həm də Azərbaycan Ordusunun hər zaman yenilənən maddi-texniki bazası ilə tanış olub və hərbçilərlə görüşlər keçirib.

Naftalan şəhərində Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsi üçün inşa edilmiş hərbi şəhərcikdə və Beyləqanda inşa edilmiş yeni "N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olan Ali Baş Komandan həmçinin Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhər Qaraçuq ərazi dairəsində Əmiraslan Əliyev adına Sərhəd Dəstəsində və Əlahiddə Ümumqoşun Ordusunun "N” saylı hərbi hissəsində hərbçilərin şəraiti ilə maraqlanıb.

Hərbi hissələrlə tanışlıq, yeni hərbi obyektlərin açılışı Azərbaycan hərbçilərinin hər zaman Ali Baş Komandanın diqqət və qayğısı ilə əhatə olunduqlarını bir daha təsdiqləyir. Həmçinin bu görüşlər Azərbaycan hərbçisinin döyüş, qələbə əzmini daha da gücləndirir.


Yeni dövlət proqramı, 17 milyard manatdan çox vəsait


Bu il yanvarın 29-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxış edən dövlət başçısı görülən işlərə bir daha nəzər salaraq qazanılan uğurları dəyərləndirdi.

Bəlli oldu ki, dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb.

Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri açılıb, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.

Həmçinin yeni dövlət proqramının qəbulu ilə bağlı məlumat verən Prezident bildirib ki, 2019-2023-cü illəri əhatə edəcək regionların sosial-iqtisadi inkişafına dair IV Dövlət Proqramının icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Hesablanıb ki, bunun 4,6 milyard manatı özəl sektor tərəfindən indi icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Dövlət tərəfindən təxminən 13 milyard manata yaxın kapital qoyuluşu gözlənilir.

Əminliklə deyə bilərik ki, ötən il olduğu kimi, bu il də Azərbaycanın hər bir şəhərində, rayonunda, qəsəbə və kəndində quruculuq-abadlıq işləri davam edəcək. Yeni qəbul olunan dövlət proqramına uyğun olaraq regionların inkişafı istiqamətində mühüm işlər görüləcək.


Şad gündə də, dar gündə də xalqın yanında


Fevralın 5-6-da respublikamızın şimal bölgəsində baş verən təbii fəlakət hər kəs üçün üzücü xəbər oldu. İnsan tələfatı olmasa da, Şamaxıda, Ağsu və İsmayıllıda bəzi evlərə ciddi ziyan dəydi.

Zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində ciddi tapşırıq verən İlham Əliyev fevralın 7-də Şamaxıya səfər edib sakinlərə böyük təsəlli verdi. Evi dağılmış və çarəsiz duruma düşmüş 92 yaşlı Saray nənə ilə görüşən Prezident ağbirçək ananın ömrünə ömür qatdı. Onun dağılmış evini yenidən tikdirdi, özü də əvvəlkindən daha möhtəşəm.

Şamaxı sakinləri ilə görüşdə isə bəyan etdi ki, dağılan evlərin hamısı sökülüb yenidən tikiləcək. Vədinə sadiq olan liderin bu bəyanatı hər kəsi sevindirdi. Hazırda zəlzələ bölgəsində tikinti işləri sürətlə davam edir. Evi qəzalı durumda olan bütün sakinlər yeni mənzillərlə təmin edilirlər.

Dövlət başçısı martın 6-da Ağsuda zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərlə də tanış oldu. Sakinlərlə görüşüb problemlərini dinlədi və ona təqdim edilən bütün məktublara baxılacağını bildirdi.

Sosial islahatlar çərçivəsində Prezidentin imzaladığı fərman və sərəncamlar isə 3 milyona yaxın insana sevinc payı bəxş etdi. Maaşlar, pensiyalar, təqaüdlər, müavinətlər, Prezident təqaüdləri orta hesabla 50-100 faiz artdı. Bütün bunlar isə Prezidentin böyük sosial islahatlar paketinin tərkib hissəsidir.

Azərbaycanın real mənzərəsi göz önündədir: vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən və dərhal həlli üçün qəti tapşırıqlar verən lider bu xoşməramlı missiyası ilə xalqın ona olan etimadını daha da artırır və bu birlik Azərbaycanı daha böyük uğurlara doğru aparır.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM