10 Aprel 2019 17:03
713
CƏMİYYƏT
A- A+

“Şahin” hərbi-idman oyununun qalibi müəyyən olub


Sumqayıtdakı "N” saylı hərbi hissədə şəhər gənclər və idman baş idarəsi və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Şahin” hərbi-idman oyunları keçirilib.
Tədbirdə çıxış edən Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov hərbi-idman oyunlarının mütəmadi keçirilməsinin yeniyetmə və gənclərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, ordu sıralarına hazırlanmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edilib ki, gənclərin vətənə sədaqət, dövlətçilik ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması vacib şərtdir. Ölkə rəhbərinin silahlı qüvvələrə göstərdiyi diqqət və qayğının nəticəsində ordunun maddi-texniki təminatı yaxşılaşıb, peşəkar və vətənpərvər şəxsi heyət formalaşıb.
Sonra yarışa start verilib. Səkkiz mərhələ üzrə gedən mübarizədə Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın komandası şəhər birinciliyinin qalibi olub. 5 nömrəli tam orta məktəbin komandası II, Texniki və Təbiət Elmləri Liseyinin komandası III yerlərə layiq görülüb. Qaliblərə qiymətli hədiyyələr təqdim edilib. Birinci yerin qalibi "Şahin” hərbi-idman oyununun Göyçay rayonunda keçiriləcək zona mərhələsində iştirak edəcək.

Akif ƏLİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video