10 Aprel 2019 11:12
633
Mədəniyyət
A- A+

Mədəniyyət naziri Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun nümayəndə heyəti ilə görüşüb


Mədəniyyət naziri Əbülfəs Qarayev Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rektoru, Mədəniyyət və İncəsənət Təhsil Müəssisələri Assosiasiyasının prezidenti, Rusiya Təhsil Akademiyasının akademiki Vladimir Malışevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Rusiya nümayəndə heyəti "MDB ölkələrində Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu günləri. Dünyanın ilk kino məktəbinin 100 illiyi” layihəsi çərçivəsində ölkəmizdə səfərdədir.

Nazir Əbülfəs Qarayev qonaqları salamlayaraq mədəniyyət sahəsində iki ölkə arasında əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu bildirib.

Nazir qeyd edib ki, kinematoqrafiya ilə bağlı birgə təşəbbüs və layihələrin həyata keçirilməsi iki ölkənin mədəni əlaqələrinin daha da inkişaf etməsinə böyük töhfə olardı. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu arasında əməkdaşlığa dair sazişin imzalanmasına toxunan nazir vurğulayıb ki, bu, birgə tədbirlərin, konfransların, ustad dərslərinin, tələbə mübadiləsinin təşkil olunmasına xidmət edəcək.

S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rektoru Vladimir Malışev Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə "MDB ölkələrində Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu günləri. Dünyanın ilk kino məktəbinin 100 illiyi” layihəsi çərçivəsində aprelin 8-dən 12-dək Bakıda yubileyə həsr olunmuş bir sıra tədbirlərin keçirilməsinə görə nazirə təşəkkürünü bildirib. Qonaq iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək birgə layihələrin reallaşdırılmasının vacibliyini vurğulayıb.

Görüşdə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun professorları – Rusiyanın Xalq artistləri Vladimir Fokin, institutun kafedra müdiri Vladimir Xotinenko, institutun emalatxana rəhbəri Tatyana Yakovlyova, tədris-yaradıcılıq emalatxanasının rəhbəri İqor Klebanov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova da iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video