Alternative content

03:44 22 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xalq Prezident İlham Əliyevi və onun islahatlarını tam dəstəkləyir
Xalq Prezident İlham Əliyevi və onun islahatlarını tam dəstəkləyir
ANA SƏHİFƏ / SİYASƏT
01:22 10.04.2019


Fransanın "Opinion Way” şirkətinin apardığı rəy sorğusu bunu bir daha təsdiqləyir


Azərbaycan xalqının prezident seçkilərinə yüksək əhvali-ruhiyyə ilə getməsindən və yekdilliklə öz iradəsini nümayiş etdirməsindən artıq bir il ötür. Yüksək seçki mədəniyyətinin formalaşdığı Azərbaycanda sonuncu prezident seçkiləri də demokratik, şəffaf və seçicilərin fəallığı şəraitində baş tutdu.

Həmin gün xalq yenə də müdrikliklə, uzaqgörənliklə seçim etdi. Bundan sonra da "İlhamla irəli”ləməyə qərar verdi. İlham Əliyevi yenidən özünə rəhbər, lider - Prezident seçdi. Azərbaycan heç vaxt indiki kimi güclü olmayıb və bu, bilavasitə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycanın bu gücü onun Prezidentinin və xalqının birliyindədir.

Həmin seçkilər növbəti dəfə nümayiş etdirdi ki, Azərbaycan əhalisinin Prezident İlham Əliyevə etimadı yüksəkdir. Bunu Fransanın "Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunun nəticələri də göstərir. Azərbaycan Prezidentinin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə "Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində geniş rəy sorğusu keçirilib.

Dünən Fransa şirkətinin rəhbəri Brüno Janbarın iştirakı ilə Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı təşkil olunub. Bildirilib ki, sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Respondentlərin fikrinə görə, dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb.

Brüno Janbar qeyd edib ki, "Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib: "Bu sualı onların yalnız 6,8 faizi "mənfi”, 8,1 faizi "bilmirəm” kimi cavablandırıb. "Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 90,5 faizi bütövlükdə müsbət cavab verib, onlardan 64 faizi bu istiqamətdə hökumətin fəaliyyətini "tam bəyəndiyini”, 26,5 faizi "əsasən bəyəndiyini” vurğulayıb, rəyi soruşulanların yalnız 6,0 faizi bu suala "bəyənmirəm”, 3,5 faizi isə "bilmirəm” cavabını verib”.

Prezident İlham Əliyevin seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair "Opinion Way”in sualına respondentlərin bütövlükdə 75,6 faizinin müsbət cavab verdiyini vurğulayan B.Janbar bununla bağlı rəyi soruşulanların yalnız 5,8 faizi verilən vədlərin yerinə yetirilmədiyi, 4,2 faizi isə cavab verməyə çətinlik çəkdiyi qənaətində olduğunu deyib.

Prezident İlham Əliyevin kadr islahatları da sorğuda iştirak edən vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib. Bildirilib ki, bununla bağlı sualları cavablandıran respondentlərin 78,8 faizi həyata keçirilən kadr siyasətinə birbaşa öz müsbət rəyini bildirib, onlardan 43,3 faizi bu sahədəki dəyişikliklərdən tam razı qaldığını, 35,5 faizi isə əsasən razı qaldığını nümayiş etdirib.

"Opinion Way” şirkətinin rəhbəri dedi ki, sorğunun nəticələrinə görə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi korrupsiya əleyhinə mübarizə tədbirləri də cəmiyyət tərəfindən təqdir olunub. Rəyi soruşulanların 75,6 faizi korrupsiyanın aradan qaldırılması ilə bağlı görülən tədbirləri effektli və qənaətbəxş qiymətləndirib. "İlham Əliyevin qəbul etdiyi "Regionların sosial-iqtisadi inkişaf proqramı və hökumətin bölgələrdə həyata keçirdiyi fəaliyyət nəticəsində, sizcə, regionlar inkişaf edibmi” sualına isə respondentlərin 93,1 faizi "hə” cavabını verib, 72,3 faizi hökumətin bu istiqamətdəki fəaliyyətini "tam müsbət”, 20,8 faizi "əsasən müsbət” dəyərləndirib.

Prezident İlham Əliyevin regionların inkişafına xüsusi diqqət göstərməsi həm də vətəndaşların böyük rəğbətini qazanıb. Belə ki, sorğuda Azərbaycan Prezidentinin bölgələrə çoxsaylı səfərlərinin faydalılıq əmsalı respondentlərin 90,4 faizi tərəfindən müsbət dəyərləndirilib, 48,9 faiz bu səfərləri "çox yüksək”, 27,5 faiz "əsasən yüksək”, 14 faiz isə "qismən yüksək” kimi qiymətləndirib.

Həmçinin bildirildi ki, sorğunun Prezident İlham Əliyevin xarici siyasəti ilə bağlı nəticələri də əhalinin müsbət mövqeyini ifadə edib: "Sorğuda iştirak edənlərin 89,9 faizi bu sualı müsbət cavablandırıb, onların 73,9 faizi suala "əla”, 16,0 faizi "kafi” cavabı verib, 2,4 faizi "pis”, 7,7 faizi isə "dəqiq bilmirəm” kimi münasibət bildirib”.

Beləliklə, göründüyü kimi, "Opinion Way”in sorğusuna respondentlərin verdiyi cavablar Azərbaycan cəmiyyətinin Prezident İlham Əliyevə, onun islahatlar kursuna böyük etimad bəslədiyini bir daha təsdiq edir. Cavablardan görünür ki, əgər prezident seçkiləri yenidən keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti, yəni 85 faizi öz səslərini növbəti dəfə hazırkı dövlət başçısı İlham Əliyevə verərdi.

Elçin CƏFƏROV,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM