Alternative content

23:23 27 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
17:03 27.02.2020 ABŞ zavodunda faciə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
ANA SƏHİFƏ / Fərmanlar
01:18 10.04.2019


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1641; 2017, № 6, maddə 1098, № 12 (I kitab), maddə 2273; 2018, № 4, maddə 663, № 10, maddə 1987) ilə təsdiq edilmiş "ASAN Viza” sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

"1.2.4. birdəfəlik və ya çoxdəfəlik elektron vizanın 3 iş günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə 3 saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində verilməsini;”;

1.2. 6.1.2.1-ci yarımbəndə "7.4-cü” sözlərindən sonra ", 7.4-1-ci” sözləri əlavə edilsin;

1.3. 7.3-1-ci, 7.4-cü, 7.10-cu bəndlərə, 7.17-ci bəndin üçüncü cümləsinə (birinci halda), 7.17-1-ci bəndə, 7.18-1-ci bəndin birinci cümləsinə və 7.24-cü bəndin birinci cümləsinə "elektron” sözündən əvvəl "birdəfəlik” sözü əlavə edilsin;

1.4. 7.4.8-ci yarımbənddə "mobil və stasionar” sözləri "mobil və ya stasionar” sözləri ilə əvəz edilsin;

1.5. 7.4.13-cü yarımbənd ləğv edilsin;

1.6. aşağıdakı məzmunda 7.4-1-ci bənd əlavə edilsin:

"7.4-1. Sistemin istifadəçisi olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs çoxdəfəlik elektron viza alınması ilə bağlı birbaşa müraciət etmək üçün bu Əsasnamənin 7.4-cü bəndində qeyd edilən sənədə və məlumatlara əlavə olaraq aşağıdakılar barədə məlumatı Sistemin internet informasiya ehtiyatında yaradılan müvafiq bölməyə daxil edir:

7.4-1.1. soyadının və ya digər adlarının dəyişdirilməsi;

7.4-1.2. vətəndaşlığının dəyişdirilməsi;

7.4-1.3. viza üçün müraciət etdiyi günədək daimi yaşadığı ölkələr;

7.4-1.4. ailə vəziyyəti;

7.4-1.5. hazırkı iş yeri, vəzifəsi və ixtisası;

7.4-1.6. Azərbaycan Respublikasının ərazisində qalacağı ünvanın telefon nömrəsi (mobil və ya stasionar);

7.4-1.7. əvvəllər Azərbaycan Respublikasına səfər etməsi;

7.4-1.8. əvvəllər Azərbaycan Respublikasına səfər etmək üçün viza alması;

7.4-1.9. əvvəllər Azərbaycan Respublikasına səfər etmək üçün viza verilməsindən imtina edilməsi;

7.4-1.10. cinayət məsuliyyətinə cəlb edilməsi;

7.4-1.11. Azərbaycan Respublikasına dəvət edən tərəfin tam adı, ünvanı və telefon nömrəsi (mobil və ya stasionar);

7.4-1.12. son 3 ildə səfər etdiyi xarici ölkələr.”;

1.7. 7-1-ci hissənin adında "Vizanın” sözü "Elektron vizanın” sözləri ilə əvəz edilsin;

1.8. 7-1.0-cı bənddə "vizanı” sözündən əvvəl "birdəfəlik elektron” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. bu fərmanın 1.6-cı bəndini nəzərə alaraq, bir ay müddətində "Viza blankının doldurulması Qaydası”nın, "Viza almaq üçün ərizə-anket”in nümunəsinin və "Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 87 nömrəli Qərarında müvafiq dəyişiklik etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 aprel 2019-cu il



Digər xəbərlər
NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM