09 Aprel 2019 21:45
662
İDMAN
A- A+

Hacı Əliyev: Qələbəmi Aprel şəhidlərinin ruhuna ithaf edirəm


Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qitə birinciliyində qızıl medal qazanaraq karyerasında üçüncü dəfə Avropa çempionu olan sərbəst güləşçimiz Hacı Əliyev (65 kq) yarışdan sonra qələbə ilə bağlı təəssüratlarını Azərbaycan Güləş Federasiyasının saytı ilə bölüşüb.

AZƏRTAC federasiyanın saytına istinadla xəbər verir ki, üçqat Avropa və dünya çempionu qələbəsini Aprel döyüşlərindən şəhid olan Vətən övladlarının xatirəsinə həsr etdiyini vurğulayaraq deyib: "Gördüyünüz kimi çox çətin səbətə düşmüşdüm. Finala qədər güclü rəqiblərlə qarşılaşdım. Bununla belə, titulumu qoruya bildim. Yarış mənim üçün ağır keçdi. Növbəti dəfə Avropa çempionu olduğum üçün şadam. Qələbəmi Aprel şəhidlərinin ruhuna ithaf edirəm. Düzdür, bu, onları geri qaytarmayacaq. Ancaq ümid edirəm ki, bununla az da olsa, onların ruhlarını şad etmiş olaram”.

Qarşıdakı yarışlara inamla hazırlaşdığını qeyd edən idmançı bildirib: "Yavaş-yavaş formamın zirvəsinə çatıram. Ancaq dayanmaq olmaz. Hazırlıqları daha da artırmaq lazımdır. Çünki bizi çox güclü dünya çempionatı gözləyir. Bu mötəbər yarışa çox yaxşı hazırlaşmalıyıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video