09 Aprel 2019 21:27
434
CƏMİYYƏT
A- A+

Rauf Həsənov: Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təbriki bizi çox sevindirdi


Həm övladımızın dünyaya gəlməsi, həm də onun Azərbaycanın 10 milyonuncu sakini olmasına görə çox sevinirik. Bu, bizim üçün ikiqat sevinc oldu. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təbriki isə bizi çox sevindirdi. Bizi ilk olaraq onlar təbrik etdilər. Bu, bizim üçün çox xoş oldu. Çox sevindik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın aprelin 6-da dünyaya gəlmiş 10 milyonuncu sakini Mehriban Həsənovanın atası Rauf Həsənov deyib.

R.Həsənov onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib.

Sevincinin həddi-hüdudu olmadığını vurğulayan körpənin nənəsi Əsmaə Mustafayeva da ilk təbriki Prezident İlham Əliyevdən və birinci xanım Mehriban Əliyevadan eşitdiklərinə görə çox şad olduqlarını söyləyib. "Deyə bilərəm ki, nəvəm mənim üçün ad günümə əvəzedilməz bir hədiyyə oldu. Aprelin 12-si mənim doğum günümdür, o, məni öz gəlişi ilə təbrik etdi”, - deyə Ə.Mustafayeva bildirib.

Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakininin doğulması əlbəttə ki, kollektivimiz üçün qürurvericidir. Biz əminik ki, bu uşaq Vətəninə xeyirli övlad olacaq.

Bu sözləri isə Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova deyib.

S.Məmmədova deyib ki, 2009-cu ilin dekabr ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əsaslı şəkildə yenidən qurulan bu mərkəzin açılışında iştirak ediblər. Artıq 10 ildir ki, fəaliyyət göstəririk. On ilin tamamında dövlətimizin başçısı və xanımı bir daha mərkəzimizə gələrək bu sevinci bizə yaşatdılar.

Xatırladaq ki, 2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

Qeyd edək ki, aparılan sosial-iqtisadi siyasətin əsas uğurlarından biri kimi, dayanıqlı inkişaf şəraitində Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olub. Azərbaycan bir çox sahələrdə olduğu kimi, bu baxımdan da nümunəvi ölkədir. Nəzərə almaq lazımdır ki, dünyanın bir çox ölkələrində bu sahədə vəziyyət heç də ürəkaçan deyil, hətta əhalinin sayında azalma müşahidə olunur. Azərbaycanda isə əhalinin sayı dinamik templə artır.

Son vaxtlar, xüsusən bu ilin ilk aylarında Prezident İlham Əliyevin sosial sahədə inqilabi dəyişikliklər kimi qiymətləndirilən və hətta dünyanın inkişaf etmiş ölkələri üçün nümunə ola biləcək islahatları əhalinin rifah halının daha da yüksəldilməsinə böyük təkan verir. Sürətli inkişaf, sosial rifahın daha da yaxşılaşması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanda əhalinin artım tempinin qorunub saxlanmasına əminlik yaradır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video