09 Aprel 2019 20:41
363
CƏMİYYƏT
A- A+

Avropa Şurasının nümayəndələrinə Azərbaycanda insan hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə məlumat verilib


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Avropa Şurası və Avropa İttifaqının "Yaxşı idarəçilik üçün Tərəfdaşlıq” birgə proqramı çərçivəsində "Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanları üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” adlı regional layihənin əlaqələndiriciləri Anka Sandesku və Menno Ettemanı ilə görüşüb.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi sözügedən layihənin təqdimatı və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin bu layihədə əsas tərəfdaş qismində iştirakı məsələsinin müzakirə edilməsidir.

Müvəkkil Ombudsman təsisatının yaradılması, mandatı, qlobal və regional beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və Avropa İttifaqı ilə qurulan sıx əməkdaşlıq əlaqələri, ötən dövrlərdə Şərq Tərəfdaşlığı, TAIEX və Tvinninq layihələrində fəal iştirakı, bu layihələrin xüsusiyyətləri və müsbət nəticələri barədə ətraflı məlumat verib. Qeyd edilib ki, bu əməkdaşlıq çərçivəsində insan hüquqlarının milli və beynəlxalq qanunvericiliyə uyğun müdafiəsi, bu istiqamətdə potensialların gücləndirilməsi, eləcə də ölkədə hüquq təminat sisteminin müasir standartlarına uyğun inkişafı və digər sahələrdə paytaxt və regionlarda müntəzəm əhatəli maarifləndirmə tədbirləri həyata keçirilib. Müvəkkil, eyni zamanda, beynəlxalq qurumlar tərəfindən insan hüquqlarının bir çox sahəsi üzrə müsbət qiymətləndirilmiş təcrübələrini də qonaqların diqqətinə çatdırıb. Ombudsman, həmçinin onun təşəbbüsü ilə Bakı Dövlət Universitetinin hüquq fakültəsində "İnsan hüquqları”, "Genderə giriş” fənlərinin tədris olunması, həmçinin Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Uşaq hüquqları üzrə Pilləli Tədris proqramının xüsusiyyətləri barədə qonaqlara məlumat verib.

"Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanları üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” adlı regional layihə barədə məlumat verən qonaqlar bildiriblər ki, layihə ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanları üçün qeyri-məhkəmə mexanizmləri vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi, Ombudsman təsisatlarının bu istiqamət üzrə məlumat bazası sisteminin Avropa standartlarına uyğunlaşdırılması, ayrı-seçkiliklə mübarizə məqsədilə vətəndaş cəmiyyəti üzvləri ilə əməkdaşlıq və s. kimi komponentləri əhatə etməkdədir.

Görüşdə qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb, layihə üzrə müvafiq təkliflər səsləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video