09 Aprel 2019 20:27
805
Təhsil
A- A+

Simsiz internetin sürətini artırmaq üsulları açıqlanıb


Ekspertlər internetin sürətini artırmağa kömək edəcək 8 üsul açıqlayıblar. Bu haqda Britaniyanın "The Sun” tabloidi məlumat verib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, onların sözlərinə görə, internet qoşulmanın sürətinə bir neçə amil təsir edə bilər: routerin yerləşməsi, divarların qalınlığı, mebel və hətta insanların sayı.

İnternet səhifələrin donması ilə qarşılaşmamaq üçün, ilk növbədə brauzerin keşini təmizləmək və proqram təminatını yeniləmək lazımdır. Həmçinin mütəxəssislər marşrutlayıcını daha yüksəkdə yerləşdirməyi məsləhət görürlər, çünki belə olan halda siqnal daha yaxşı yayılır. Bununla belə onlar qeyd ediblər ki, routeri şüşənin yanında yerləşdirmək tövsiyə edilmir.

Həmçinin fon rejimində işləyən proqramların işinə diqqət yetirmək lazımdır, çünki onlar trafik istifadə edə bilərlər. Ekspertlər antivirus proqramlarını yeniləməyi də tövsiyə ediblər. Sonda mütəxəssislər şəbəkəyə kənar şəxslərin qoşulmaması üçün "Wi-Fi”ya təhlükəsiz parol təyin edilməsini vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video