09 Aprel 2019 17:17
409
CƏMİYYƏT
A- A+

Əmək miqrantları rekord həcmdə pul köçürüblər


Ötən il miqrantlar aşağı və orta gəlir səviyyəsi olan ölkələrə rəsmən 529 milyard dollar köçürmüşlər. Bu, 2017-ci ildəkindən (483 milyard dollar) 9,6 faiz çoxdur. Məlumatı Dünya Bankı açıqlamışdır.

Bank bunu ABŞ-da məşğulluq sahəsində vəziyyətin yaxşılaşması, habelə Rusiya və Körfəz Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən köçürmələrin həcminin bərpa olunması ilə izah etmişdir. Miqrantlar Polşa, Rusiya, İspaniya və ABŞ-dan daha çox pul köçürmüşlər.

Dünya Bankı bildirir ki, Rusiyada iqtisadi fəallığın bərpasından Qırğızıstan, Tacikistan və Özbəkistan faydalanmışdır. Ukrayna regionda miqrantlardan əsas pul alıcısıdır: 2018-ci ildə ölkəyə 14 milyard dollardan çox pul daxil olmuşdur. Bu, 2017-ci illə müqayisədə 19 faiz çoxdur.

Yüksək gəlir səviyyəsinə malik ölkələr daxil olmaqla bütün dünyada miqrantlar ötən il 689 milyard dollar, 2017-ci ildə isə 633 milyard dollar köçürmüşlər.

2018-ci ildə əmək miqrantlarından əsas pul alıcıları Hindistan, Çin, Meksika, Filippin və Misir olmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video