Alternative content

16:07 25 May 2019
ONLINE XƏBƏR LENTİ
11:07 25.05.2019 Saxta balın zərərləri
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Quru meyvələrin faydası
Quru meyvələrin faydası
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:20 09.04.2019

Təkcə təzə deyil, quru meyvələrin yeyilməsinin də insan sağlamlığına müsbət təsiri danılmazdır.
AZƏRTAC xəbər verir ki, elmi araşdırmalar nəticəsində məlum olub ki, tərkibi A vitamini ilə zəngin qaysı stress və qan azlığını aradan qaldırır, dəridəki problemlərə yaxşı təsir göstərir. Gündə 5 ədəd qaysı yemək ürək damarları və sinir sistemi üçün faydalıdır.
Enerji mənbəyi olan kişmiş bəlğəmgətirici xassəyə malikdir. Gündə 10 ədəd kişmiş yemək təzyiqi aşağı salır, iltihablara qarşı dərman vasitəsi kimi də istifadə olunur.
Alma qurusu da sağlamlıq üçün çox xeyirlidir. Hər gün bir ovuc alma qurusu yorğunluğu aradan qaldırır.
Xurma antioksidant təsirə malikdir. Orqanizmi gücləndirir, xərçəngdən müdafiə edir, dərinin gözəlləşməsi üçün də xurma yemək çox faydalıdır. Tərkibində olan B1 və B2 vitaminləri sinir sistemini qoruyur.
Quru tut qan artıran vasitədir. Hərarəti aşağı salmaq üçün də təsirli vasitədir. Vitaminlə zəngin quru tut stressi aradan qaldırır və tox saxlayır.
Əncir qurusu tərkibində yağ və xolesterin olmadığına görə arıqlamaq istəyənlər üçün yaxşı vasitədir, boğaz ağrıları üçün də xeyirlidir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM