09 Aprel 2019 16:17
340
CƏMİYYƏT
A- A+

Kiçiyi on aylıq, böyüyü 22 yaşında: Qusarda yaşayan çoxuşaqlı Məmmədovlar ailəsindən REPORTAJ


Qusar şəhərində yaşayan Məmmədovlar ailəsində 11 uşaq böyüyür. Onlardan 3-ü qız, 8-i isə oğlan uşağıdır. Ailənin ən böyük oğlu Tacəddinin 22 yaşı var. Ən kiçiyi Süleyman isə hələ on aylıqdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 49 yaşlı İ.Məmmədovun səhər tezdən ilk işi övladlarını şəxsi mikroavtobusu ilə məktəbə aparmaqdır. Onun 5 uşağı məktəbdə oxuyur. İkisi isə orta təhsilini başa vurub. Böyük övladı Tacəddin Bakı şəhərində işləyir.

İlqar Məmmədov ailəsini tikintidə çalışmaqla dolandırır. Bununla yanaşı, Məmmədovlar çoxuşaqlı ailələrə dövlət dəstəyindən də faydalanırlar. Ailədə yaşı uyğun olan 9 uşağa görə hər ay dövlət tərəfindən müavinət verilir.

"11 uşağım var. Səhər yuxudan tez oyanıram. Uşaqları məktəbə yola salırıq. Hava soyuq olanda uşaqları məktəbə mikroavtobusumla aparıram. Allahın verdiyi övladlardır. Allah verdiyi övlada istəmirik deyə bilmərik. Bizdə uşaqlara qarşı böyük məhəbbət var. Övladlarımızı saxlamaq üçün zəhmətə qatlaşırıq. Çətinliklər, əziyyət də var. Amma şad günlərimiz daha çox olur”,- deyə İlqar Məmmədov bildirir.

İlqar Məmmədov həm də musiqiçidir. Əvvəllər el şənliklərində və toylarda gitara ifa edib.

44 yaşlı Səidə Məmmədova övladlarını çox sevdiyini, onları bir-birindən ayırmadığını deyir: "Hamısını çox istəyirəm. Ana üçün fərqi yoxdur. Çoxu oğlan uşaqlarıdır. Əlbəttə böyütmək asan deyil. Amma Allahın köməyi ilə böyüdürük. Uşaqlar hər işdə kömək edirlər. Böyük qızım xəmir yoğurmaqda, çörək bişirməkdə mənə kömək olur”.

Səidə Məmmədova bir hadisəni xatırlayaraq gülümsəyir: "Təsəvvür edin, bir dəfə uşaqlar yoldaşımla parka gedib. Qayıdanda baxıram ki, birini orada unudublar. Sonra polis tapıb gətirdi”.

Uşaqların adları Tacəddin, Yəhya, Ağsu, David, Salim, Səma, Yusif, Yunis, Musa, Sara və Süleymandır. Ağsu rayonda musiqi məktəbində pianino ixtisası üzrə təhsil alır. Yunis isə atası kimi gitara ifa edir. Səma mahnı oxumağı çox sevir. Ailənin ən dəcəl övladı isə 2 yaşlı Saradır. Uşaqların arzu və istəkləri fərqlənsə də, onları birləşdirən əsas dəyər ailə sevgisidir.

Qusar Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2018-ci ildə rayonda 1391 uşaq doğulub. Təbii artım 607 nəfər təşkil edir. 2019-cu il yanvarın 1-nə olan məluma görə, rayon əhalisinin sayı 98 min 97 nəfərdir.

Xatırladaq ki, aprelin 6-da Azərbaycan Respublikasının həyatında çox əlamətdar hadisə baş verib. Bakı şəhərində Rauf Həsənov və Nigar Ocaqovanın ailəsində ölkənin 10 milyonuncu sakini dünyaya gəlib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video