Alternative content

17:03 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlham Əliyevin liderliyi Azərbaycan üçün həmişə uğur vəd edir
İlham Əliyevin liderliyi Azərbaycan üçün həmişə uğur vəd edir
ANA SƏHİFƏ / PARLAMENT
12:46 09.04.2019


Milli Məclis qanun yaradıcılığı fəaliyyəti ilə Prezidentin islahatlar kursuna mühüm dəstək verir

Aprelin 9-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Əvvəlcə Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı dinlənildi.


23,2 milyon manatın bərpası təmin edilib

Palatanın sədri Vüqar Gülməmmədov bildirdi ki, 2018-ci ildə ümumilikdə 58 nəzarət tədbirinin, o cümlədən 53 auditin və 5 təhlilin nəticələrinə dair kollegiya qərarları qəbul edilmiş, 1 tədbir növbəti ilə keçirilmiş və 1 tədbirin nəticələri hesabat dövrünədək yekunlaşdırılmamışdır. Başa çatdırılmış 53 auditdən 3-ü "Dövlət sirri haqqında” qanunun tələblərinə uyğun olaraq hüquq mühafizə orqanlarında məxfi qaydada aparılmışdır.

Audit tədbirləri ilə ümumilikdə 9,2 milyard manat vəsait əhatə olunmuşdur ki, bunun 66,5 faizini dövlət büdcəsinin xərcləri təşkil etmişdir. Ümumilikdə hesabat ilində dövlət büdcəsinin auditlə əhatə olunmuş məbləği 2017-ci illə müqayisədə artsa da, əhatə edilmiş cəmi məbləğ əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 6,8 faiz az olmuşdur. Dövlət büdcəsinin nəzarətlə əhatə olunmuş 6,2 milyard manat məbləğinin təqribən tən yarısını 2017-ci, 21,1 faizini 2018-ci il üzrə xərclər, qalan 28,2 faizini isə 2016-cı ilədək icra edilmiş vəsaitlər təşkil etmişdir.

Vüqar Gülməmmədov dedi ki, normativ hüquqi aktların tələblərinə riayət edilməmə halları 8 istiqamət üzrə təşnifatlaşdırılır. 2018-ci ildə həmin istiqamətlər üzrə ümumilikdə 714 halda nöqsan müəyyən edilmişdir. Qeyd olundu ki, Hesablama Palatası tərəfindən 2018-ci ildə aparılmış fəaliyyətin nəticəsi olaraq yalnız manat ifadəsində dövlət büdcəsinə, qurumların hesabına və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə ümumilikdə 23,2 milyon manatın bərpası təmin edilmişdir.

Hesabat ilində korrupsiya əleyhinə mübarizə istiqamətində müvafiq qurumlarla sıx əməkdaşlıq davam etdirilmişdir. 2018-ci ildə aparılmış nəzarət tədbirlərindən 9-u üzrə müvafiq məlumatlar aidiyyəti hüquq mühafizə orqanlarına göndərilmişdir. Qeyd edim ki, həmin tədbirlərdən 4-ü inzibati xəta xarakterli, 5-i isə cinayət xarakterli olmuşdur.

Müzakirələr zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə hesabatın əvvəlki illərlə müqayisədə daha təkmil və əhatəli hazırlandığını dedi. Deputatlardan Fəzail Ağamalı,

İlham Məmmədov, Fazil Mustafa, Əflatun Amaşov, Vahid Əhmədov, Əli Məsimli, Aydın Hüseynov, Siyavuş Novruzov, Qüdrət Həsənquliyev hesabatla bağlı fikirlərini bildirdilər. Müzakirələrdən sonra keçirilən səsvermədə hesabat nəzərə alındı.


İlham Əliyevin apardığı uğurlu siyasət dünyada yüksək qiymətləndirilir

Sonra gündəlikdəki digər məsələlərin müzakirəsi başladı. Deputatlar "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsinə müsbət münasibət bildirdilər. Qeyd edək ki, saziş bu il martın 19-da Astanada imzalanıb.

Müzakirələr zamanı deputat Aydın Mirzəzadə diqqəti Prezident İlham Əliyevin ötən birillik fəaliyyətinə yönəltdi. Azərbaycanın bir il keçdiyi inkişaf yolundan söz açan deputat bu dövrdə dövlət büdcəsinin artımının 2.8 milyard dollar olduğunu diqqətə çatdırdı. Aydın Mirzəzadə dedi ki, Azərbaycanda bütün sahələrdə inkişafı görə bilərik. Xarici siyasətlə də bağlı uğurlar göz qarşısındadır: "Avropa Parlamenti, Avropa Birliyinin rəsmiləri Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı öz bəyanatlarını verdilər. Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyi kifayət qədər güclənib. Azərbaycanın prinsipial mövqeyi Ermənistan tərəfindən də qəbul olunur. Onların səylərinə baxmayaraq, danışıqlar Azərbaycan və Ermənistan arasında aparılacaq”.

Qeyd olundu ki, bu ildən başlayaraq müxtəlif struktur islahatlarının keçirilməsi, eyni zamanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bir-birinin ardınca çox möhtəşəm proqramların qəbul edilməsi cənab Prezidentin dövlət başçısı, lider kimi vəzifəsinin öhdəsindən layiqincə gəldiyini göstərir. "Bu günlərdə Azərbaycanın 10 milyonuncu sakininin anadan olması eyni zamanda ölkəmizin sosial inkişafının, vətəndaşlarımızın öz ölkəsinə bağlılığının göstəricisidir. Cənab Prezidenti təbrik edir, ona uğurlar arzu edir və bildirirəm ki, onun rəhbərliyi Azərbaycan üçün həmişə uğur vəd edir” deyə Aydın Mirzəzadə bildirdi.

Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəinki Azərbaycanın daxilində, Avropada, Amerikada, beynəlxalq təşkilatlarda da yüksək qiymətləndirilir.


Qanunvericilik təkmilləşdirilir

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Azərbaycan Respublikasının Ailə Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsini müzakirəyə təqdim etdi. Dəyişiklik "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2018-ci il 30 oktyabr tarixli qanunun tətbiqi ilə əlaqədardır. Həmin qanuna əsasən qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət müəyyən edən yeni maddə əlavə edilmişdir. Qanun layihəsi qəbul edildi.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı məlumat verdi. Bildirdi ki, nəzərdə tutulan dəyişikliklər UEFA Avropa Liqasının final oyununun və 2020-ci il futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir dörddəbir oyunu) ölkəmizdə keçirilməsi ilə əlaqədardır. Bu məqsədlə bəzi gəlirlər vergidən və gömrük rüsumundan azad ediləcək. Hər iki qanun oyunların keçirildiyi müddətdə qüvvədə olacaq. Qanun layihələri qəbul edildi.

"Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verdi. Dəyişikliklər fitosanitar nəzarəti və dövlət fitosanitar xidməti sahələrində fəaliyyət göstərən aidiyyəti dövlət orqanlarının səlahiyyət bölgüsünün dəqiqləşdirilməsini və qarşılıqlı əməkdaşlıq əlaqələri ilə bağlı məsələləri nəzərdə tutur. Belə ki, dəyişikliyə əsasən fitosanitar nəzarəti ilə dövlət fitosanitar xidməti fərqləndirilmiş, fitosanitar nəzarəti sahəsində səlahiyyətlər Qida Təhlükəsizliyi Agentliyinə, dövlət fitosanitar xidməti sahəsində səlahiyyətlər isə Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunmuşdur. Qanun layihəsi qəbul edildi.

İclasda Azərbaycan Respublikasının Su Məcəlləsində, Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), "Meliorasiya və irriqasiya haqqında”, "Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, "Balıqçılıq haqqında”, "Elektroenergetika haqqında” və "Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş), "Ekoloji təhlükəsizlik haqqında”, "Su təchizatı və tullantı suları haqqında”, "Avtomobil yolları haqqında”, "Ətraf mühitə dair informasiya almaq haqqında”, "Aviasiya haqqında” və "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş), "İctimai iştirakçılıq haqqında”, "Dəniz limanları haqqında”, "Yaşıllıqların mühafizəsi haqqında” və "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş), "Kənd təsərrüfatı kooperasiyası haqqında”, "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, "Turizm haqqında” və "Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri də müzakirə olundu.

Dəyişikliklərlə bağlı Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdilər. Dəyişikliklər "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli qanununun icrası ilə əlaqədardır. Qanun layihələri təsdiq olundu.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli "Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” və "Hərbi vəzifə və hərbi xidmət haqqında”, "Lisenziya və icazələr haqqında”, "Məktəbəqədər təhsil haqqında” və "Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini müzakirəyə təqdim etdi. Bildirildi ki, dəyişikliklər 12 iyun 2018-ci il tarixində qəbul olunan "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklərə uyğunlaşdırma məqsədi daşıyır.

Milli Məclisin dünənki iclasında son olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), "Auditor xidməti haqqında”, "İnvestisiya fəaliyyəti haqqında”, "Müflisləşmə və iflas haqqında”, "Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, "Yeyinti məhsulları haqqında”, "Notariat haqqında”, "Kredit ittifaqları haqqında” və "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş), "Kommersiya sirri haqqında”, "Banklar haqqında”, "Mühasibat uçotu haqqında”, "İctimai televiziya və radio yayımı haqqında”, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, "Qiymətli metallar və qiymətli daşlar haqqında”, "İnformasiya əldə etmək haqqında”, "Daxili audit haqqında” və "Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə və "Sığorta fəaliyyəti haqqında”, "Bank olmayan kredit təşkilatları haqqında”, "İnvestisiya fondları haqqında”, "Qiymətli kağızlar bazarı haqqında” və "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri də müzakirə edildi.

Qeyd edək ki, qanunlara dəyişikliklərin edilməsi "Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 4 may 2018-ci il tarixli qanunun icrası məqsədilə nəzərdə tutulur.

Komitə sədrləri Əli Hüseynli və Ziyad Səmədzadə layihələrlə bağlı məlumat verdilər. Qanun layihələri təsdiq olundu.

Rəşad CƏFƏRLİ,
Fərman BAĞIROV (foto),
"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM