Alternative content

21:33 22 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 10 milyonuncu...
10 milyonuncu...
ANA SƏHİFƏ / Tədbirlər
10:58 09.04.2019


Və Prezident hədiyyəsi, Mehriban xanımın xeyir-duası...


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüblər.

AZƏRTACxəbər verir ki, dövlətimizin başçısı və xanımı uşağın valideynləri ilə söhbət etdilər.

Rauf Həsənov:2019-cu il aprelin 6-da saat 03.30 radələrində dünyaya gəldi.

Prezident İlham Əliyev:Bilirəm. Biz bu hadisəni izləyirdik. Aprelin 6-da sizin həyatınızda, eyni zamanda, ölkəmizin həyatında çox əlamətdar hadisə baş vermişdir. Sizin körpəniz ölkəmizin 10 milyonuncu sakinidir. Sizi təbrik edirəm, sağlam böyüsün, sizi sevindirsin, xalqımızı sevindirsin. Bu, tarixi hadisədir. Bu gözəl hadisə münasibətilə Azərbaycan xalqını təbrik edirəm.

Rauf Həsənov:Biz gözləmirdik ki, bizim körpəmiz Azərbaycanın 10 milyonuncu sakini olar.

Prezident İlham Əliyev:Əhalimiz artır. Yadımdadır, 9 milyonuncu sakin 2010-cu ildə dünyaya gəldi. Doqquz il ərzində əhalimiz 1 milyon artdı. Amma son 15 il ərzində əhali 1,7 milyon nəfər artdı. Bu, bizim gücümüzü, ölkəmizin qüdrətini artırır. Eyni zamanda, onu göstərir ki, ölkəmizdə sosial-iqtisadi inkişaf gedir. Çünki əhalinin artımı birbaşa sosial vəziyyətlə bağlıdır.

Rauf Həsənov:Mənim xəbərim yox idi. Mətbuat xəbərlərinə girib oxudum, gördüm ki, sağ olun, elə ilk öncə Siz təbrik etmisiniz.

Prezident İlham Əliyev:Bəli, bəli.

Rauf Həsənov:Çox sağ olun, çox minnətdarıq.

Birinci xanım Mehriban Əliyeva:Çox göyçək uşaqdır.

Prezident İlham Əliyev:Bu, sizin birinci uşağınızdır?

Rauf Həsənov:Bəli, ilk övladımızdır.

Birinci xanım Mehriban Əliyeva:İlk uşağınızdır?

Nigar Ocaqova:Bəli, ilk uşağımızdır.

Birinci xanım Mehriban Əliyeva:Maşallah, Allah qorusun.

Rauf Həsənov:Elə ilk olaraq Siz təbrik etdiyinizə görə adını da Sizin adınızı qoyduq.

Nigar Ocaqova:Siz də xeyir-duasını verin.

Birinci xanım Mehriban Əliyeva:Verirəm. Xoşbəxt böyüsün, sağlam böyüsün.

Prezident İlham Əliyev:Bu hadisəni bütün xalqımız bayram edir.

Rauf Həsənov:Bəli, bütün ölkəmiz bayram edir. Biz də çox sevincliyik, çox sevinirik.

Nigar Ocaqova:Biz də şəhərimizin belə gözəl tibb ocaqlarının olmasına sevinirik. Perinatal Mərkəzin direktoru Sevinc xanıma, körpənin sağlam şəkildə dünyaya gəlməsinə görə Rübabə xanıma təşəkkürümüzü bildiririk. Sağ olsunlar.

Prezident İlham Əliyev:Bu mərkəz çoxdan fəaliyyət göstərirdi. Təqribən 10 il bundan əvvəl əsaslı şəkildə yenidən quruldu, təmir olundu və indi ölkəmizin aparıcı tibb mərkəzlərindən biridir. Son illərdə ölkəmizin hər bir yerində doğum evləri, doğum şöbələri, xəstəxanalar tikilir. Yəni, indi tibbi xidmət almaq üçün bütün şərait var.

Birinci xanım Mehriban Əliyeva:Götürmək olar balacanı?

Rauf Həsənov və Nigar Ocaqova:Buyurun.

Birinci xanım Mehriban Əliyeva:Maşallah.

Nigar Ocaqova:Maşallah gününüz olsun.

Birinci xanım Mehriban Əliyeva:Allah qorusun! Xoşbəxt, sağlam, analı-atalı böyüsün!

Rauf Həsənov:Çox sağ olun ki, gəldiniz.

Prezident İlham Əliyev:Bu, Həsənova Mehriban Rauf qızının sertifikatıdır. Ölkəmizin 10 milyonuncu sakinidir. Bunu sizə təqdim edirəm.

Rauf Həsənov:Çox sağ olun.

Prezident İlham Əliyev:Bu həmin sertifikatın başqa variantıdır. Sizə dövlət tərəfindən mənzil hədiyyə olunur. Bu da mənzilin çıxarışıdır.

Rauf Həsənov:Çox sağ olun.

Prezident İlham Əliyev:Gözəl balanızın hesabına vəsait də köçürülür.

Rauf Həsənov:Çox sağ olun. Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev:Xeyirli işlərdə istifadə edin. Bu da hədiyyələrdir.

Rauf Həsənov:Çox sağ olun. Sizə minnətdaram.

Birinci xanım Mehriban Əliyeva:Çox sağ olun. Təbrik edirik.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM