09 Aprel 2019 00:33
553
İQTİSADİYYAT
A- A+

Çikaqoda ilk İllinoys-Azərbaycan kənd təsərrüfatı forumu keçirilib


ABŞ-Azərbaycan Ticarət Palatası və İllinoys Ticarət Palatasının birgə təşkilatçılığı ilə Çikaqo şəhərində birinci İllinoys-Azərbaycan kənd təsərrüfatı forumu keçirilib.

Forum çərçivəsində Azərbaycanda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərin təmsilçilərinin daxil olduğu və kənd təsərrüfatı naziri İnam Kərimovun başçılıq etdiyi geniştərkibli nümayəndə heyəti aprelin 3-də GSI (AGCO) şirkətinin İllinoys ştatında yerləşən taxıl və protein istehsalı sahəsinə aid avadanlıqların istehsal edildiyi müəssisələrə, ayın 5-də isə Ayova ştatının "Cinnamon Ridge Farms” fermasına, eləcə də "John Deere” şirkətinin Molin şəhərindəki mənzil-qərargahına səfər edib.

GSI dünyada taxıl siloslarını saxlamaq üçün poladdan çənlər istehsal edən ən böyük şirkətdir. İllinoys ştatının Assampşn şəhərində yerləşən GSI şirkəti dünyanın 70-dən çox ölkəsinə keyfiyyətli avadanlıq və xidmətlər təqdim edir. GSI şirkətinin rəhbərliyi Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti üçün təşkil edilmiş turda şirkətin istehsal həcmi, istehsal olunan avadanlığın keyfiyyəti və xüsusiyyətləri haqqında geniş məlumat verib. Nazir GSI şirkəti tərəfindən təklif edilən məhsullarla və istehsal prosesi ilə yaxından tanış olub.

Ayova ştatında yerləşən və ABŞ-ın kənd təsərrüfatı sahəsində aparıcı fermalardan sayılan "Cinnamon Ridge Farms”a səfər zamanı Azərbaycan nümayəndə heyəti fermalarda tətbiq edilən mexanizmlər və istehsalat prosesləri ilə tanış olub. Nümayəndə heyətinin üzvləri fermada işlədilən heyvandarlıq, süni mayalandırma, əkinçilik növləri ilə tanış olub, eləcə də Avropa ilə ABŞ-da tətbiq edilən müqayisəli üsullarla bağlı müzakirələr aparıblar.

"John Deere” korporasiyasının mənzil-qərargahına səfər edən nümayəndə heyəti şirkətin təklif etdiyi kənd təsərrüfatı avadanlığı və xidmətlərlə də tanış olub. Səfər çərçivəsində nazir İnam Kərimov şirkət rəhbərliyi ilə görüşüb. Azərbaycanda kənd təsərrüfatına göstərilən dövlət dəstəyi haqqında ətraflı məlumat verən İnam Kərimov ölkəmizdə kənd təsərrüfatı texnikaları bazarının liberallaşdırılması istiqamətində həyata keçirilən islahatlardan danışıb.

Görüşdə "John Deere” şirkəti ilə qarşılıqlı texniki tərəfdaşlığın genişləndirilməsi də müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video