08 Aprel 2019 17:54
359
DÜNYA
A- A+

Avropalı sahibkarlar Bruney sultanını boykot edirlər


Avropalı sahibkarlar, maliyyə təsisatları, KİV Bruneydə zina və homoseksualizmə görə daşqalaqla edam barədə qanunun qüvvəyə minməsinə etiraz kampaniyasına qoşulmuşlar. "Financial Times” qəzetinin naşirləri, Avropanın bir sıra daşınmaz əmlak agentlikləri faktiki olaraq Bruney sultanı Həssənal Bolkiahın doqquz hotelinə boykot elan etmişlər. Onlar britaniyalı müğənni Elton Con və amerikalı aktyor Corc Kluninin çağırışına qoşulmuşlar. Bundan əvvəl çağırışı "Deutsche Bank” da dəstəkləmişdir.

Bruney sultanını boykota nəqliyyat şirkətləri də qoşulmuşdur. Eyni zamanda gənclər və tələbələr üçün səyahətlərin təşkili ilə məşğul olan Britaniyanın "STA Travel” turizm şirkəti Bruneyin "Royal Brunei” aviaşirkətinin reyslərinə bilet satışını dayandırmışdır. London metrosunda və avtobuslarda Bruneyə turist səfərlərini reklam etməkdən boyun qaçırmışlar.

Qanunun qəbul olunması ərəfəsində – aprelin 1-də BMT insan hüquqları üzrə ali komissarı Mişel Baçelet Bruneyi Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər etməməyə çağırmışdı. O bildirmişdi ki, ölüm cəzasının tətbiqi insan hüquqlarının müdafiəsi sahəsində ciddi geriləməyə səbəb olacaq.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video