08 Aprel 2019 17:48
627
Mədəniyyət
A- A+

Turistlər üçün dünyanın ən cəlbedici istiqamətlərinin adı açıqlanıb


Dünyanın ən çox oxunan turizm saytı "Tripadvisor” turistlər üçün ən cəlbedici istiqamətlərin siyahısını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, birinci yerdə muzeyləri, kilsələri, sarayları və yaşıl parkları ilə Böyük Britaniyanın ən böyük şəhəri olan London dayanır.
Saytın veb-səhifəsində ən maraqlı adalar, ekzotik ölkələr, müxtəlif tur-paketlər və kruizlər turistlər üçün təklif olunur.
Dünyanın ən romantik şəhəri kimi qəbul edilən Paris siyahıda ikinci, tarixi gözəllikləri ilə insanı valeh edən İtaliyanın paytaxtı Roma isə üçüncüdür. Növbəti yerlərdə Yunanıstanın ən böyük adası olan Krit, tropik təbiətin hakim olduğu Bali, hər il təxminən 5 milyon turist qəbul edən, bəyaz qumlu çimərlikləri, ecazkar təbiəti ilə məşhur Puket adası, zəngin sənət tarixi ilə ziyarətçilərin diqqətini çəkən Barselona üç böyük imperiyanın paytaxtı kimi tarixin hər üzünü görən, başdan-başa zəngin mədəniyyət abidələri ilə dolu olan və iki qitədə yerləşən İstanbul, Şimali Afrikanın ekzotik şəhərlərindən olan Mərakeş və Ərəb yarımadasının ən inkişaf etmiş ölkələrindən Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhəri qərarlaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video