08 Aprel 2019 15:51
346
CƏMİYYƏT
A- A+

Dünya əhalisinin 50 faizə yaxını keyfiyyətli tibbi xidmətdən məhrumdur


Dünya əhalisinin 50 faizə yaxını keyfiyyətli tibbi xidmətdən məhrumdur. AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bunu təşkilatın baş katibi Antonio Quterreş Dünya Sağlamlıq Günü ilə əlaqədar etdiyi müraciətində bildirib. Qeyd olunub ki, hər il 100 milyonlarla insan səhiyyə xərclərini öz cibindən ödədikləri üçün dilənçi vəziyyətinə düşüblər.

A.Quterreş hesab edir ki, problemin həlli səhiyyə xidmətlərinin hər kəs üçün əlçatan olmasıdır. O əlavə edib: "Məsələ təkcə səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasından ibarət deyil. Söhbət siyasətdən və daha çox sahələri əhatə edən tədbirlərdən gedir. İnsanların sağlamlığına təsir edən digər amillərə, o cümlədən sosial, iqtisadi və ekoloji cəhətlərə də diqqət yetirilməlidir”.

BMT-nin baş katibi vurğulayıb ki, sağlamlıq hüququ təməl insan haqlarından biridir. Dünya Səhiyyə Təşkilatında xatırladıblar ki, vətəndaşların istisnasız olaraq bu hüquqdan istifadə etməsi dövlətlərin səhiyyə üçün ayrılan maliyyə vəsaitlərinin artırılmasından asılıdır. Səhiyyə xərcləri büdcəyə artıq yük deyil, əksinə, yoxsulluqla mübarizəyə qoyulan sərmayə, əmək məhsuldarlığının yüksəldilməsi vasitəsi, iqtisadi artımını təmin edilməsi və daha sağlam və ədalətli cəmiyyət quruculuğudur.

Əhalinin gəlirlərinin orta səviyyədən aşağı olduğu ölkələrdə büdcədən adambaşına ayrılan səhiyyə xərcləri 60 dollardır, daha çox inkişaf etmiş dövlətlərdə isə bu rəqəm təqribən 270 dollara çatır. Tibbi-sanitar yardımın hər kəsi əhatə etməsi o deməkdir ki, hər bir insan maliyyə çətinlikləri hiss etmədən keyfiyyətli profilaktik xidmətlər almaq, müalicə olunmaq və reabilitasiya keçmək imkanına malik olur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video