08 Aprel 2019 15:34
361
DÜNYA
A- A+

ABŞ-ın daxili təhlükəsizlik naziri Kirsten Nilsen istefa verib


ABŞ Prezidenti Donald Tramp ABŞ-ın daxili təhlükəsizlik naziri Kirsten Nilsenin istefa verdiyini bəyan edib. O, 2017-ci il oktyabrın 11-dən bu vəzifəni yerinə yetirirdi. Nilsen Tramp administrasiyasına Ağ ev aparatının sabiq rəhbəri Con Kellinin təqdimatı ilə gəlmişdi.

AZƏRTAC xəbər verir ki, Tramp Twitter vasitəsilə bildirib ki, ABŞ-ın daxili təhlükəsizlik vəzifəsini Sərhəd-Gömrük Xidmətinin rəisi Kevin Makalinan icra edəcək. Amerika KİV-ləri xəbər verirlər ki, son aylar Nilsen Prezident Trampın qeyri-leqal immiqrantlara qarşı "sıfır dözümlülük” siyasətinin tam yerinə yetirilməsi üzrə ümidlərini doğrultmayıb. O, immiqrantlara münasibətdə heç bir radikal addım atmayıb və hesab edib ki, bu, Amerika cəmiyyətində gərginliyi artıra bilər. Tramp isə ondan daha sərt və effektiv addımlar atmağı tələb edib.

Tramp administrasiyasının qeyri-leqal immiqrantların ailələrini sərhəddə ayırmaq praktikası sərt tənqidlərə məruz qalıb. Miqrant uşaqlarını onların valideynləri sərhədi qanunsuz şəkildə keçdiyi zaman ayırır və azyaşlılar üçün uyğun olmayan otaqlarda yerləşdirirdilər. Cəmiyyətin ABŞ Prezidentinin bu siyasətini kəskin tənqid etməsindən sonra Tramp ailələri ayırmağı qadağan edən sərəncam imzalamağa məcbur olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video