Alternative content

03:42 23 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
02:23 23.07.2019 144 illik şərəfli yol
02:11 23.07.2019 Əsir Ağdam məscidi
02:09 23.07.2019 Ağdamda nəyim qaldı...
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yaz depressiyası və onun səbəbləri
Yaz depressiyası və onun səbəbləri
ANA SƏHİFƏ / Təhsil
15:26 08.04.2019

Yaz depressiyası yazın lap əvvəlindən başlayır. Havaların isinməsi, günlərin uzanması, günəşin daha çox görünməsi insan bədənindəki bioritmlərin və hormonal balansların kəskin dəyişməsi yaz depressiyası yaradır. Yazda qan durulur, təzyiqin artması və bunun nəticəsində orqanizmdə oyanma baş verir, həmin dəyişikliklər isə sinir pozğunluqlarına, əsəbiliyə səbəb olur. Yazın əvvəllərində bəzi adamlarda həmin depressiv halla üzləşmək olar.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərovanın AZƏRTAC-a verdiyi məlumata görə, qışdan yenicə çıxan insanların birdən-birə az yatması, qış rejiminə öyrəşdiyi halda yenidən yaz rejiminə keçməsi onun əhvalına təsir edir: "Həmin insanlarda yarıyuxululuq əlamətləri müşahidə olunur, əhvali-ruhiyyə aşağı düşür. Xoşbəxtlik hormonu deyilən serotonin hormonunun azalması da depressiya yaranmasına səbəb olur. Geyimlərdə kontrastlı vəziyyəti qoruya bilməmək də bunun səbəblərindən biridir. Təbii ki, bu, vitamin çatışmazlığı, yəni avitaminoz dövrünə də təsadüf edir. Ona görə də immun sistemi zəifləyir, bu da öz növbəsində əhval-ruhiyyənin enməsinə aparıb çıxarır”.

Psixoloqun dediyinə görə, yazda depressiyaya düşənlər günün daha çox hissəsini yatmaqla keçirmək istəyir. Üzücü hissləri çoxalır, əsəbilik baş qaldırır, iştaha dəyişkənlikləri olur, hətta bəzən iştahanın kəsilməsi də baş verə bilər: "Depressiya müxtəlif yaşlarda özünü müxtəlif cür göstərir: yeniyetmələrdə yaz depressiyası özünü daha qabarıq şəkildə büruzə verir. Onların orqanizmində həmin vaxt daha çox dəyişikliklər başlayır. Nisbətən yuxarı yaşlarda, məsələn, 50-55 yaşında olanlarda daha çox fizioloji problemlər hiss olunur. Sinir sistemi pozuntusu, aqressivlik həmin yaş dövründə olanlar üçün daha xarakterikdir”.

Fəsil dəyişkənliyinə daha rahat uyğunlaşmaq üçün təmiz havada çox gəzmək, idmanla məşğul olmaq məsləhət görülür: ”Yuxudan erkən durmaq, idmanla məşğul olmaq, açıq havada gəzmək, ətrafdakılarla, tanışlarla daha çox ünsiyyət qurmaq lazımdır. Günəşli havada olmaq, çiçəklərin ətrini hiss etmək ən yaxşı terapiya sayılır. Şopinq terapiya bu sahədə yaxşı vasitədir. Yuxu saatlarını da qaydaya salmaq lazımdır. Havadan aktiv şəkildə vitaminin alınması məsləhətdir. Əlvan rəngli geyimlərdən çox istifadə etmək də faydalıdır”.

Bütün bunlarla yanaşı vaxtında qidalanmaq, yüngül yeməklərə üstünlük vermək, alkoqol tərkibi olmayan içkilərin çox qəbul edilməsi məsləhət görülür.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM