07 Aprel 2019 20:16
590
İDMAN
A- A+

Topaz Premyer Liqası: “Sabah” komandası “Səbail”ə 3:1 hesabı ilə qalib gəlib


Topaz Premyer Liqasının XXIII turuna "Səbail”-"Sabah” qarşılaşması ilə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, "Əlincə Arena”da keçirilən oyun meydan sahibləri 3:1 hesabı ilə qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı qonaqlar açıb. Enrike Perilyo 2-ci dəqiqədə fərqlənib. Meydan sahibləri bu qola 30 dəqiqə sonra cavab verib. "Sabah”ın legioneri Filip İvanoviç hesabı bərabərləşdirib. 66-cı dəqiqədə Cavid İmamverdiyev, 69-cu dəqiqədə isə Vanderson Silva "Sabah”a qələbə qazandıran növbəti iki qola imza atıblar.

Bu matç həm də "Səbail”in heyətinə qatdığı tanınmış futbolçu Maykl Essyenin Azərbaycan Premyer Liqasında debütü ilə yadda qalıb. 37 yaşlı yarımmüdafiəçi 64-cü dəqiqədə Yevgeni Koçukun yerinə meydana çıxıb.

Hazırda turnir cədvəlində "Səbail” 34 xalla üçüncü, "Sabah” isə 26 xalla beşinci yeri tutur.

Xatırladaq ki, günün digər matçında "Qarabağ” səfərdə "Qəbələ”ni məğlub edib - 2:1. XXIII tur çərçivəsində keçirilən digər oyunlar belə nəticələnib: "Neftçi”-"Zirə” - 4:2, "Sumqayıt”-"Keşlə” - 2:1.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video