Alternative content

15:48 17 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
01:35 15.06.2019 Əsrə bərabər gün
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın neft mütəxəssisləri dünyanın hər yerində böyük səriştə nümayiş etdirir
Azərbaycanın neft mütəxəssisləri dünyanın hər yerində böyük səriştə nümayiş etdirir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:40 07.04.2019


25 il əvvəl Azərbaycan dünyanın aparıcı neft şirkətləri ilə birlikdə "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsinə başlayanda layihə çərçivəsində çalışanların cəmi 10 faizi ölkəmizin vətəndaşları idi. Zaman keçdikcə nisbət dəyişdi və xaricilərin əksəriyyətini öz mütəxəssislərimiz və ixtisaslı fəhlələrimiz əvəz etdi.

Azərbaycanda həyata keçirilən ən iri neft-qaz və ixrac layihələrinin əməliyyatçısı olan BP şirkətinin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var idi. BP 2014-cü ildə götürdüyü bu öhdəliyi keçən ilin ortalarında yerinə yetirdi. Şirkət yerli işçilərinin inkişafına dəstək verməklə onların ixtisaslı işçi tələb edən vəzifələrin əksəriyyətində xarici vətəndaşları əvəz etməsinə nail oldu. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir.

Hazırda şirkətin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2534 nəfərdir. Buraya müddətli müqavilə əsasında çalışanlar da daxildir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bu yaxınlarda keçirdiyi mətbuat konfransında bu barədə də jurnalistlərə məlumat verdi. Q.Counz bu məsələnin daha bir müsbət tərəfini onda görür ki, Azərbaycan mütəxəssisləri BP-nin başqa ölkələrdəki biznesinə də qoşula bilirlər. Belə ki, onlar boş yerlərə ərizə verir, müsabiqələrdə qalib gəlir və dünyanın digər regionlarındakı layihələrdə işləmək hüququ qazanırlar. Şirkət bundan qürur duyur.

Azərbaycanın neft mütəxəssisləri dünyanın istənilən yerində müvəffəqiyyət qazana bilirlər. Bu, nədən qaynaqlanır? Məlumdur ki, Xəzər hövzəsi qlobal hövzədir. Burada həyata keçirilən əməliyyatlar miqyasına, mürəkkəbliyinə və standartlarına görə digərlərindən çox fərqlənir. Təbii ki, belə bir hövzədəki əməliyyatlarda işləyə bilən mütəxəssis özünü dünyanın istənilən yerində doğruldacaq. Counz da məhz bunu vurğuladı: "İstər qazma və əməliyyat mühəndislərinin, istərsə də laylar üzrə mütəxəssislərin, geoloqların, geofiziklərin dünyanın hər yerində işləmək üçün səriştəsi var. Çünki Xəzər dünyanın ən çətin hövzələrindən biri, Azərbaycan isə karbohidrogenlərin kəşfiyyatı, işlənməsi və nəqlində zəngin təcrübəsi olan neft rayonudur. Burada yetişən mütəxəssis də, şübhəsiz ki, böyük təcrübəyə yiyələnir”.

Azərbaycandakı mövcud layihələrin əməliyyat, tikinti, nəql və digər işlərində çalışanların da əksəriyyəti yerli sakinlərdir. Məsələn, "Şahdəniz-2”nin tikinti obyektlərində və Cənubi Qafqaz Boru Kəmərinin ölkəmizdən keçən hissəsinin genişləndirilməsində inşaat işlərinin ən qızğın çağında 24 min nəfər çalışıb.

Hazırda AÇG-nin və "Şahdəniz”in istismar olunan platformalarında da işçilərin, o cümlədən qurğulara rəhbərlik edən menecerlərin əksəriyyəti Azərbaycan vətəndasıdır.

Neft-qaz sektorunda kadrların milliləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam edir. Odur ki, BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırır, yüksəksəviyyəli kadrlar yetişdirmək üçün səy göstərir.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM