07 Aprel 2019 00:40
459
İQTİSADİYYAT
A- A+

“Bakıda keçirilən OPEC+ görüşü göstərdi ki, bazarın balanslaşdırılması fasiləsiz prosesdir”


Bunu OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo Malaboda (Ekvatorial Qvineya) VII APPO CAPE konfrans və sərgisində çıxış edərkən deyib:

"Bizim missiyamız uzunmüddətli nəticələrə hesablanıb. Bazarın balanslaşdırılması və sabitliyin saxlanması vəzifəsi fasiləsiz prosesdir. Bu, martın 18-də Bakıda keçirilən OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin sonuncu - 13-cü iclasında da aydın oldu”.

Trend-in məlumatına görə, M.Barkindo əlavə edib ki, neft hasilatının azaldılması üzrə OPEC+ sazişi qısamüddətli perspektivə hesablanmayıb: "Bizim uzunmüddətli məqsəd və tapşırıqlarımız var. Bu, Bakıda keçirilən iclasda da bəyan olundu”.

O bildirib ki, Monitorinq Komitəsi dünya neft bazarları ilə əlaqədar mürəkkəb qeyri-müəyyən vəziyyəti qəbul edib və sazişin bütün iştirakçı ölkələrinin bazarın sabitliyinin saxlanmasına və istənilən bazar disbalansının təkrarlanmasının qarşısının alınmasına görə ümumi məsuliyyətini vurğulayıb: "İstehsalata yeni könüllü düzəlişlərə uyğun olan ümumi səviyyə 2019-cu ilin fevralında təqribən 90 faizə çatıb. Bu, yanvar ayında 83 faiz olub. Biz bu göstəricinin yaxın aylarda yaxşılaşacağını gözləyirik”.

Qeyd edək ki, martın 18-də Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilib. Toplantıda neft istehsalçısı olan 14 ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunub.

İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilib, həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video