Alternative content

01:10 24 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:43 24.08.2019 Mütərəqqi nümunə
00:41 24.08.2019 Səngəçal terminalı
00:37 24.08.2019 Bir bağbanın hekayəsi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dəniz şəhəri 70-ci baharını yaşayır
Dəniz şəhəri 70-ci baharını yaşayır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:39 07.04.2019


Neft daşları dünən və bu gün


70 il əvvəl Xəzərin bu ərazisində dənizin dibindən baş qaldırıb bir hissəsi suyun üzərində görünən qara daşlardan başqa heç nə yox idi. Bakı gəmi təmiri zavodlarında istifadədən silinmiş yeddi iritonnajlı gəmi gətirilərək qara daşların yanında basdırıldı.

Qeyri-adi bir ada yarandı və o, Xəzərin fatehlərini fırtınalardan qoruyan sığınacağa, dənizin dərin qatlarına nüfuz etmək üçün istinad nöqtəsinə çevrildi. Beləliklə, "Qara daşlar” "Yeddi gəmi adası” adlandırıldı. Daha sonra bu yer ilk adlarını dəyişərək həmişəlik Neft Daşları kimi tanındı.

1949-cu ilin yazında burada ilk buruq quraşdırıldı. Həmin ilin yayında birinci kəşfiyyat quyusunun qazılmasına başlandı. Payızda isə quyu neft fontanı vurdu. Bu, dünyada dəniz nefti erasının başlanğıcı idi...

Sonrakı illərdə Neft Daşlarında tikinti işləri geniş vüsət aldı. 1951-ci ildən estakada və meydançaların tikintisinə start verildi. Kommunikasiya xətləri çəkildi, istehsal və sosial təyinatlı obyektlər inşa edildi.

1980-ci illərin əvvəllərində Neft Daşlarının görkəmi bax, belə idi - fotomüxbirimizin arxivində qorunub saxlanan bu ağ-qara təsvirli şəkillərdəki kimi...

Dəniz şəhərinin əmək ahəngi yenə də eyni qaydada davam edir. Kilometrlərlə uzanan estakadalarda, onlarca estakadayanı meydançada və bunlardan bir qədər aralıda - dənizin qoynundakı dərin özüllərdə fədakar Azərbaycan neftçisi yenə də hünər göstərir.

Neft Daşları dünyada bənzəri olmayan şəhərdir. Son illərdə onun siması daha da dəyişib. Polad dayaqlar üstündə qərar tutan şəhərdə 5 və 9 mərtəbəli yataqxanaların, mədəniyyət evinin, muzeyin, tibb-sanitar hissəsinin və digər obyektlərin tikilməsi, bir qarış torpağı belə olmayan məkanda park salınması, gül-çiçək əkilməsi onun "Möcüzə-şəhər”, "Dünyanın səkkizinci möcüzəsi”, "Möcüzələr adası” adlandırılmasını əsaslandırır.

İndi Neft Daşları özünün 70-ci baharını yaşayır. Bakıdan 100, Pirallahı adasından 50 və Çilov adasından 30 kilometr məsafənin ayırdığı neftçilər şəhərinə hər gün vertolyotlar eniş edir, gəmilər yan alır. Onlar Bakıdan gətirdikləri sərnişinləri iş başına çatdırır, əmək növbəsi sona yetənləri sahilə, ev-eşiyinə qaytarır.

Beləcə, bu fədakar insanlar 70 ildir istismar olunan, əslində köhnə yataq sayılan "Neft Daşları”nda ekstremal şəraitdə - dənizin sərt qoynunda əmək xariqələrini davam etdirirlər. Onlar dövlətin qarşıya qoyduğu yerli istehsalı artırmaq, köhnə yataqlarda hasilatı saxlamaq vəzifəsini şərəflə yerinə yetirirlər.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM