07 Aprel 2019 00:39
425
İQTİSADİYYAT
A- A+

Türkiyə Azərbaycandan xam neft idxalını artırıb


Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb.

AZƏRTAC-ın yaydığı xəbərdə bildirilir ki, yanvarda Türkiyənin Azərbaycandan idxal etdiyi xam neftin həcmi ötən ilin dekabr ayı ilə müqayisədə 5 dəfəyədək artıb.

İlin ilk ayında Azərbaycandan neft idxalının Türkiyənin ümumi neft idxalındakı payı isə 2,53 faiz olub. Məlumat üçün bildirək ki, ötən ilin dekabrında Türkiyə Azərbaycandan 15,7 min ton xam neft idxal etmişdi.

Qeyd edək ki, Türkiyə Azərbaycandan xam nefti Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri vasitəsilə idxal edir. 2018-ci ildə BTC ilə təqribən 34 milyon tondan çox (255 milyon barel) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 327 tankerə yüklənib. 1768 kilometr uzunluğa malik bu boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan ötən ilin sonunadək BTC ilə ümumilikdə 417 milyon tondan çox (təxminən 3,12 milyard barel) xam neft nəql olunub və Ceyhan limanında 4085 tankerə yüklənərək dünya bazarına göndərilib.

Keçən il BTC üzrə əməliyyat xərclərinə təxminən 116 milyon dollar, əsaslı xərclərə isə təxminən 41 milyon dollar sərf edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video