Alternative content

14:20 25 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:36 25.08.2019 Ən çox sevilən məkan
16:02 24.08.2019 Yaponiyada zəlzələ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avropa Komissiyası Azərbaycan qazını Bolqarıstana çatdıracaq interkonnektorun tikintisinə 33 milyon avro ayırıb
Avropa Komissiyası Azərbaycan qazını Bolqarıstana çatdıracaq interkonnektorun tikintisinə 33 milyon avro ayırıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:38 07.04.2019


Avropa Komissiyası Azərbaycanın "Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (Interconnector Greece-Bulgaria (IGB)) inşasına 33 milyon avro ayrılmasını təsdiq edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb. Bildirilir ki, həmin vəsait Şimal-Şərqi Yunanıstanın Komotini və Bolqarıstanın cənubundakı Stara Zagora bölgələri arasındakı 182 kilometrlik boru qaz kəmərinin tikintisinə sərf olunacaq.

Qeyd edək ki, 145 milyon avro dəyəri olan IGB qaz kəmərinin çəkilməsi ilə bağlı tenderə 5 şirkət daxil olub. Tenderə müraciətləri təqdim etmək haqqını 2 bolqar tikinti şirkəti, İtaliyanın "Bonatti” şirkəti, Almaniyanın "Max Streicher” və Yunanıstanın "Terna” şirkətlərinin birgə müəssisəsi, habelə Fransanın "Spiecapag”, "Vinci” və "Bulgarian Trace” şirkətlərinin konsorsiumu qazanıb. İnterkonnektorun tikintisinə cari ildə başlanması və işlərin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, 2013-cü ilin sentyabrında "Bulgargaz EAD” "Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alışı ilə bağlı 25 illik saziş imzalayıb. Azərbaycan təbii qazı "Trans-adriatik” (TAP) qaz boru kəməri ilə 2020-ci ildə Avropaya çatdırılacaq. Həmin ildə Yunanıstan-Bolqarıstan qaz şəbəkələrinin bir-biri ilə əlaqələndirilməsi planlaşdırılır. Bolqarıstan bu kəməri ilə 2020-ci ildən etibarən ildə 1 milyard kubmetr Azərbaycan qazı alacaq. Azərbaycan qazı Bolqarıstanın istehlakının dörddəbir hissəsini ödəyəcək.

IGB qaz boru kəmərinin Komoti və Stara Zagorada çıxış nöqtəsi olacaq, Yunanıstan və Bolqarıstan milli təbii qaz sistemləri arasında birbaşa əlaqə yaradılacaq. Boru kəməri Yunanıstandan Bolqarıstana ildə təxminən 3 milyard kubmetr təbii qaz nəqli qabiliyyətinə malik olacaq və gələcək bazar tələbatına əsasən bu həcmin illik 5 milyard kubmetrə çatdırılması imkanı var.

Ötən ilin iyununda TAP-ın tikintisi üzrə konsorsium ilə Yunanıstan-Bolqarıstan İnterkonnektorunun operatoru olan ICGB AD əməkdaşlıq sazişi imzalayıb. Hazırda TAP qaz boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 85,7 faizi yekunlaşıb. TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla 2 kompressor stansiyasının inşası qrafik üzrə davam edir. Kipoidəki stansiyada ümumi tikinti işlərinin 79 faizi yekunlaşıb. Fierdəki kompressor stansiyasının inşasının isə 77 faizi başa çatıb. Kipoidə boruların tədarükü tamamlanıb və boruların 90 faizdən çoxu qurulub. Boru kəmərinin Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsində tikinti işlərinin 10 faizi yekunlaşıb. TAP-ın dəniz hissəsinin inşası qrafikə əsasən cari ildə həyata keçiriləcək. İtaliyada isə mikrotunelin tikintisi üzrə hazırlıq işləri davam etməkdədir.

Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən - Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı "Cənub qaz dəhlizi”nin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, "Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM